22 Dekabr 2024, Bazar

Son illərdə muxtar respublikada yaradılmış əlverişli biznes və investisiya mühiti iqtisadi fəallığın artmasına, investisiya qoyuluşunun çoxalmasına səbəb olub. Təbii ki, bütün bu uğurların əldə edilməsində müvafiq dövlət dəstəyi mexanizmləri əhəmiyyətli rol oynayır.
“İxrac ili”ndə İqtisadiyyat Nazirliyi tərəfindən yerli sahibkarların istehsal etdiyi məhsulların ixrac potensialının artırılmasında, investisiya imkanlarının genişləndirilməsində, potensial tərəfdaşların tapılmasında və birgə əməkdaşlıq layihələrinin həyata keçirilməsində, iş adamlarının ixracla bağlı biliklərinin artırılmasında sahibkarlara yaxından dəstək göstərilir.
Beynəlxalq tədbirlərdə iştirak iş adamları arasında ünsiyyətin qurulması və əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətli, yeni tərəfdaşların tapılması, yerli məhsulların təbliği və təşviqi baxımından faydalıdır.

Bu tədbirlərin davamı olaraq 16 iyul 2020-ci il tarixdə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Türkiyənin Xarici İqtisadi Əlaqələr Şurasının (DEİK) təşkilatçılığı ilə Türkiyə və Azərbaycan arasında iqtisadi əlaqələrin inkişafı ilə bağlı onlayn konfrans keçirilib.
Konfransın əsas mövzusu iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin inkişaf perspektivləri, hazırkı pandemiya ilə əlaqədar yaranmış vəziyyətdə hər iki ölkənin hökumətləri tərəfindən sahibkarlıq sahəsində görülmüş işlər və karantin rejimindən sonra sahibkarlığın dəstəklənməsi istiqamətində nəzərdə tutulan tədbirlər olub. Mövzular ətrafında geniş çıxışlar edilib. Həmçinin konfransda muxtar respublikadan İqtisadiyyat Nazirliyinin İnvestisiyaların təşviqi və ixraca dəstəkşöbəsinin müdiri və 3 sahibkarlıq subyektinin nümayəndələri iştirak ediblər.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin şöbə müdiri Abdinov Orxanın Türkiyə Respublikasının Naxçıvan Muxtar Respubikasına tətbiq etdiyi güzəştli ticarət rejimi, eləcə də muxtar respublikada istehsal olunan məhsulların Türkiyə bazarlarına ixrac imkanları mövzusunda çıxışı ətrafında geniş müzakirələr aparılıb. Konfrans sənaye, qida sənayesi və kənd təsərrüfatı, nəqliyyat və loqistika sessiyaları ilə davam etdirilib.

Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR