22 Dekabr 2024, Bazar

Naxçıvan şəhərinin Xətai küçəsində yerləşən Mərkəzi bazarda kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkası təşkil olunub.

Yarmarkaya muxtar respublikanın bütün bölgələrindən 230 ailə təsərrüfatçısı tərəfindən 55 tona yaxın 236 çeşiddə keyfiyyətli məhsul çıxarılıb. Mövsümlə əlaqədar olaraq yarmarkada daha çox gündəlik ərzaq və tələbat malları, xüsusilə də kənd təsərrüfatı məhsulları çoxluq təşkil edib. Burada sənaye mallarının satışı üçün ayrıca bölmə də yaradılıb. Bununla da satış yerlərinin sayı 385-ə çatdırılıb. Sənaye bölməsində muxtar respublikada müxtəlif dövlət və özəl qurumlar tərəfindən istehsal olunan ərzaqlar, ət və ət məhsulları, broyler fabriklərinin istehsalı olan toyuqlar, mineral sular və digər məhsullar satışa çıxarılır.
Yarmarkaya çıxarılan kənd təsərrüfatı məhsullarının çeşidi və keyfiyyəti artırılmaqla bərabər qiymətlərində də ucuzlaşma var. Belə ki, kartofun 1 kiloqramı 20-60 qəpik, pomidorun 1 kiloqramı 1- 2 manat, lobyanın 1 kiloqramı isə 50 qəpik 1 manat arası dəyişir. Alıcılar meyvə-tərəvəz məhsullarını münasib qiymətə ala biliblər.
Qeyd edək ki, kənd təsərrüfatı məhsullarının satış yarmarkasında mövcud vəziyyətlə əlaqədar olaraq zəruri tədbirlər həyata keçirilir, alış-veriş başa çatdıqdan sonra bazar təmizlənir, yuyulur və dezinfeksiya edilir.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR