Kolumbiyanın ölkəmizdəki səfirliyi Azərbaycanın bütün biznes birliyini iyulun 7-9-da keçiriləcək “Digital Colombia Investment Roadshow”da iştirak etməyə dəvət olunur.
Səfirlikdən bildirilib ki, “Colombia Investment Roadshow” 2018-ci ildə İngiltərədə yaradılan və Kolumbiyaya birbaşa xarici investisiyaların təşviqi və cəlb edilməsini, eyni zamanda, Böyük Britaniya və Kolumbiyadakı digər qlobal şirkətlər üçün biznes imkanları yaratmağı hədəfləyən bir platformadır.
“Colombia Investment Roadshow” İngiltərə və Avropa investorları, eləcə də İngiltərənin infrastruktur, enerji və texnologiya sektorlarında məhsul və xidmətlər tədarükçüləri üçün bir sıra imkanları bir araya gətirir və bəzi mövzularda bir sıra onlayn konfranslara qatılmaq imkanı yaradır. Həmin mövzulara “Kolumbiyanın iqtisadi bərpa perspektivləri və birbaşa xarici investisiya üçün imkanlar”, “İnfrastruktur və enerji, iqtisadi bərpa üçün əsas iqtisadi sektorlar”, “Kolumbiya qlobal tədarük zəncirlərinin dəyişikliyində əsas oyunçu”, “Kolumbiya ilə İngiltərə arasındakı əsas ticarət və investisiya asanlaşdırılması vasitələri haqqında məlumat” daxildir.
Bundan əlavə, 50-dən çox Kolumbiya layihəsi üçün kolumbiyalı layihə tərtibatçıları ilə onlayn təkbətək görüşlər mümkündür. Bütün layihələr infrastruktur, enerji, texnologiya, aqrobiznes və təsir, tullantıların idarə edilməsi sektorlarında beynəlxalq sərmayələrə hazırdır.
Ətraflı məlumat üçün veb sayta daxil olun: https://www.incontras.com/colombiainvestmentroadshow
Hər hansı bir sual yarandığı təqdirdə Kolumbiyanın Azərbaycandakı səfirliyi ilə “ Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. ” və ya “ Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. ” elektron poçt vasitəsilə əlaqə saxlamaq mümkündür.