22 Dekabr 2024, Bazar

İnsanların həyat səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər sırasında içməli su təminatı xüsusi yer tutur. Son illərdə muxtar respublikada yeni su mənbələrinin və su təchizatı infra­strukturlarının istifadəyə verilməsi, membrantipli sutəmizləyici qurğuların quraşdırılması və əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün bir sıra vacib addımlar atılır, genişmiqyaslı layihələr həyata keçirilir.

Belə ki, 2012-ci ildən həyata keçirilən “Rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi çərçivəsində su anbarları, magistral kanallar və digər su təsərrüfatı obyektləri tikilib istifadəyə verilir, su boruları yenilənir, suyun bütün sakinlər arasında düzgün paylanması və bərabər səviyyədə ödənilməsi istiqamətində işlər davamlı xarakter daşıyır. 2020-ci ilin yanvar-may aylarında 26,8 kilometr su, 15,1 kilometr kanalizasiya xətti çəkilib. Hazırda bu layihə Babək rayonunun Nehrəm qəsəbəsi və Araz kəndində davam etdirilir. Layihə çərçivəsində həmin kənd­lərdə, ümumilikdə, 84,8 kilometr uzunluğunda su xətti, 60,5 kilometr kanalizasiya xətti çəkilib, 2755 su ev birləşməsi və 788 kanalizasiya ev bağlantısı aparılıb. Tikinti işləri aparılarkən keyfiyyətə xüsusi diqqət yetirilir.
Tikinti işlərinin icrası başa çatdıqdan sonra Nehrəm qəsəbəsi və Araz kəndinin su təchizatındakı problemlər tamamilə aradan qaldırılacaq və 17 mindən artıq sakin keyfiyyətli və dayanıqlı içməli su ilə təmin olunacaq. Əhalinin sosial rifah halının yüksəlməsinə hesablanmış içməli su və kanalizasiya layihələrinin vaxtında və keyfiyyətlə icrası məqsədilə görülən işlər bundan sonra da davam etdiriləcək.

Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı
Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR