22 Dekabr 2024, Bazar

Bu gün muxtar respublikanın quruculuq xəritəsində bayraq meydanlarının tikintisi də özünə yer alıb. Bu, vüqarımız olan Dövlət bayrağımıza böyük ehtiramın ifadəsidir. Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyi, Culfa və Şahbuz rayonlarında yaradılmış bayraq meydanları insanların sevimli ünvanlarına çevrilib.

Müstəqilliyimizin, azadlığımızın, dinimizin, inkişafımızın, tərəqqimizin rəmzi olan bayrağımıza böyük sevginin daha bir ifadəsi isə bu gün Şərur rayonunda Bayraq Meydanının tikilməsidir. Rayonun Yuxarı Daşarx kəndi ərazisində inşa olunan Bayraq Meydanının ümumi sahəsi 3 min kvadratmetrdir. Meydanın mərkəzində hündürlüyü 36 metr olan bayraq dirəyi ucaldılmaqdadır. Dayağın bünövrəsinin diametri 15, üst hissənin diametri isə 4 metr olacaq. Meydanın ətrafında istirahət parkı inşa ediləcək. Burada işıqlandırma sisteminin yaradılması, yaşıllıqlar salınması nəzərdə tutulub.
Tikinti işləri “Gəmiqaya Holdinq” Şirkətlər Qrupunun inşaatçıları tərəfindən həyata keçirilir. Keyfiyyət amilinə ciddi önəm verən inşaatçılar öhdələrinə götürdükləri obyektin tikintisini ilin sonunadək yekunlaşdırmaq əzmindədirlər.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR