Dünən Şahbuz rayonunda keçirilən əmək yarmarkasında işaxtaranlara 16-sı dövlət və 4-ü özəl sektor olmaqla, ümumilikdə, 20 müəssisədən 130 boş iş yeri təqdim edilib. Qeyd edək ki, əmək yarmarkasında 20 nəfərin sözügedən vakansiyalar üzrə işə göndərilməsi təmin olunub, 2 nəfərin isə özünüməşğulluq proqramına cəlb edilməsi üçün qeydiyyatı aparılıb.
Ümumilikdə isə Naxçıvan şəhəri, Babək, Ordubad, Culfa, Şahbuz, Kəngərli və Sədərək rayonlarında keçirilmiş əmək yarmarkalarında 158 müəssisədən olan vakansiyalar üzrə 173 nəfər işaxtaran vətəndaşın işə göndərilməsi təmin edilib.
Qeyd edək ki, növbəti əmək yarmarkası iyun ayının 23-də Şərur rayonunda keçiriləcəkdir.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti