22 Dekabr 2024, Bazar

Muxtar respublikada 2020-ci ilin yanvar-may aylarında 1 milyard 7 milyon 285 min 500 manatlıq ümumi daxili məhsul istehsal olunmuşdur ki, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 0,9 faiz çoxdur.
Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 1,5 faiz artaraq 2190 manat olmuşdur.

 

* * *

Muxtar respublikada yaranan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Sənaye üzrə 450 milyon 876 min 500 manat dəyərində məhsul istehsal edilmişdir ki, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 1 faiz çoxdur.

* * *

Vəsait qoyuluşları çərçivəsində 2020-ci ilin yanvar-may aylarında muxtar respublikada bütün maliyyə mənbələrindən əsas kapitala 404 milyon 425 min 200 manat vəsait yönəldilmişdir ki, bu da bir il öncəki göstəricidən 1,3 faiz çoxdur. Əsas kapitala yönəldilmiş vəsaitin 384 milyon 137 min 700 manatı və ya 95 faizi tikinti-quraşdırma işlərinin payına düşmüşdür.

* * *

2020-ci ilin yanvar-may aylarında 57 milyon 105 min 700 manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunmuşdur ki, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 3,3 faiz çoxdur. Bu dövr ərzində diri çəkidə ət istehsalı 9422 ton, süd istehsalı 36918 ton olmuşdur. 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 2,8 faiz, süd istehsalı isə 1,7 faiz artmışdır.

* * *

2020-ci ilin yanvar-may aylarında informasiya və rabitə xidmətlərinin dəyəri 21 milyon 931 min 100 manat olmuşdur ki, bu da 2019-cu ilin müvafiq dövründəki xidmətlərin dəyəri ilə müqayisədə 1,9 faiz çoxdur. Bu dövr ərzində mobil rabitə xidmətinin dəyəri 17 milyon 449 min 700 manat təşkil etmiş və bir il öncəyə nisbətdə 2 faiz artmışdır.

* * *

Təsərrüfat subyektlərinin kredit resurslarına çıxış imkanları davamlı olaraq yaxşılaşdırılmış, 2020-ci ilin yanvar-may aylarında muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 62 milyon 535 min 400 manat məbləğində kreditlər verilmişdir ki, bu da bir il öncəki göstəricidən 1,8 dəfə çoxdur. Verilmiş kreditlərin 8 milyon 413 min 300 manatı və yaxud 13,5 faizi qısamüddətli, 54 milyon 122 min 100 manatı və yaxud 86,5 faizi uzunmüddətli kreditlər olmuşdur.

* * *

Sahibkarlıq fəaliyyətinin davamlı olaraq dəstəklənməsi, yeni istehsal müəssisələrinin yaradılması nəticəsində muxtar respublikada 383 növdə məhsul istehsal olunur ki, bunun da 126 növü ərzaq, 257 növü isə qeyri-ərzaq məhsullarıdır. Hazırda əhalinin 108-i ərzaq, 242-si qeyri-ərzaq olmaqla, 350 növdə məhsula olan tələbatı tamamilə yerli imkanlar hesabına ödənilir.

* * *

Muxtar respublikada bank sektorunun normal fəaliyyəti təmin edilmişdir.1 iyun 2020-ci il tarixə muxtar respublikanın banklarında açılmış bank hesablarının sayı 87692-yə çatmışdır ki, bunun da 76879-u və ya 88 faizə yaxını aktiv hesablardır. 2020-ci ilin yanvar-may aylarında açılmış 15936 bank hesabının 15926-sı aktiv hesablar olmuşdur.
Muxtar respublikada quraşdırılmış POS-terminalların sayı 1 iyun 2020-ci il tarixə 1298-ə çatmışdır.

* * *

Muxtar respublikada iqtisadiyyatın dinamik inkişafı xarici ticarət əlaqələrinin genişlənməsinə müsbət şərait yaratmış, 2020-ci ilin yanvar-may aylarında 155 milyon 506 min 400 ABŞ dolları dəyərində xarici ticarət dövriyyəsi qeydə alınmışdır. İxracın dəyəri 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə artaraq 128 milyon 159 min 400 ABŞ dolları təşkil etmiş, 100 milyon 812 min 400 ABŞ dolları dəyərində müsbət saldo yaranmışdır.

* * *

2020-ci ilin yanvar-aprel aylarında muxtar respublika iqtisadiyyatında bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 520 manata çatdırılmışdır ki, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 19 faiz çoxdur.

* * *

1 may 2020-ci il tarixə muxtar respublika əhalisinin sayı bir il öncəyə nisbətdə 3303 nəfər artaraq 460 min 294 nəfər olmuşdur.

Naxçıvan Muxtar Respublikası
Dövlət Statistika Komitəsinin
mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR