Bu ilin yanvar-may aylarında ölkədən 905,2 milyon kilovat/saat elektrik enerjisi ixrac edilib.
Dövlət Gömrük Komitəsindən (DGK) bildirilib ki, ixrac edilən elektrik enerjisinin dəyəri 40,9 milyon ABŞ dolları olub.
Xatırladaq ki, ötən ilin ilk 5 ayında Azərbaycandan 1 milyard 210,6 milyon kilovat/saat elektrik enerjisi ixrac olunmuş, həmin ixracın dəyəri isə 51,8 milyon dollar təşkil etmişdi.