Dünya birjalarında neftin qiyməti ucuzlaşıb.
Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 1,44 dollar geriləyərək 40,29 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 1,61 dollar ucuzlaşaraq 37,99 dollar təşkil edib.