22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə rabitə sahəsinin yeni texnologiyaları əsasında inkişafı daim diqqət mərkəzində saxlanılır. Hər il muxtar respublikada rabitə sisteminin təkmilləşdirilməsinə dair yeni layihələr də həyata keçirilir. Culfa rayonunda Yeni Nəsil Telekommunikasiya Sistemi və Rabitə Evinin istifadəyə verilməsi də göstərilən dövlət qayğısının əyani ifadəsidir.

Zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarət olan binada Culfa Rayon Rabitə İdarəsi, İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzinin Culfa rayon filialı, “Naxtel” müştəri xidmətləri və “Naxçıvanpoçt” publik hüquqi şəxsin Culfa rayon filialının fəaliyyətləri üçün lazımi iş şəraiti yaradılmışdır. Bunlarla yanaşı, Şərur rayonunun Muğancıq-Mehrab və Məmmədsabir Kənd mərkəzlərində yeni rabitə evləri istifadəyə verilmişdir. Həmçinin muxtar respublika üzrə mövcud avtomat telefon stansiyaların nömrə tutumlarının artırılması nəticəsində 180 ədəd yeni telefon nömrəsi abonentlərin istifadəsinə təqdim olunmuşdur.
Muxtar respublikada əhalinin keyfiyyətli internetlə təminatı da diqqət mərkəzində saxlanılmış, 891 abonent genişzolaqlı ADSL (Asimmetrik Rəqəmsal Abunəçi Xətti) texnologiyası vasitəsilə internetlə təmin olunmuşdur. Bu da muxtar respublikada rabitə əlaqələrinin tam kəsintisiz həyata keçirilməsində, elektron hökumət, genişzolaqlı internet, 4-cü nəsil xidmətlərin və digər informasiya-kommunikasiya texnologiyaları layihələrinin icrasında xüsusi əhəmiyyət daşıyır.
Muxtar respublikada rabitə və yeni texnologiyaların tətbiqi və inkişafı istiqamətində işlər bundan sonra da davam etdiriləcək, əhaliyə keyfiyyətli rabitə və internet xidmətləri göstəriləcəkdir.

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar 

Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR