Muxtar respublikada ipoteka kreditlərinin verilməsi davam etdirilir. 2020-ci ilin yanvar ayından bu günə kimi 21 ailəyə ipoteka krediti maliyyələşdirilməsi həyata keçirilib.
Muxtar respublikada əhalinin uzunmüddətli kreditlərlə yaşayış sahəsi ilə təmin olunmasında “Naxçıvan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyəti mühüm rol oynayır. Bu günədək dövlət qulluqçuları, hərbçilər, müəllimlər, həkimlər, polislər və digər sahələrdə işləyən muxtar respublika sakinləri maliyyələşdirilmiş ipoteka kreditlərindən istifadə edərək mənzil sahibi olublar.