22 Dekabr 2024, Bazar

Son illərdə muxtar respublikamızda həyata keçirilən mühüm tədbirlərdən biri də “Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı” layihəsi çərçivəsində görülən işlərdir. 2012-ci ildən başlanılan bu layihə üzrə Naxçıvan şəhərində və onun kəndlərində su və kanalizasiya sistemləri tam yenidən qurulub, əhali keyfiyyətli içməli su ilə təmin olunub. Hazırda muxtar respublikanın rayon mərkəzləri və ətraf kəndlərində bu işlər davam etdirilir.

Cari ilin aprel ayından isə Kəngərli rayonunun Qara­bağlar kəndində yeni içməli su və kanalizasiya sistemlərinin qurulmasına başlanılıb. Layihə üzrə yeni qurulan sistemlər kənddəki 1200 evi əhatə edəcək. Artıq bu günədək 180 evə su və kanalizasiya xətləri çəkilib. Hazırda küçə və məhəllələrdə qazıntı işləri görülür, 63 və 90 millimetrlik borularla ana xətlər çəkilir, ev birləşmələri aparılır. Kənddəki abonentlərin içməli su ilə davamlı təminatı üçün burada ümumi tutumu 20 min kubmetr olan 4 yeni su anbarı da fəaliyyət göstərəcək. Artıq bu istiqamətdə də işlərə başlanılıb.
Qeyd edək ki, su və kanalizasiya sistemlərinin qurulması növbəti mərhələdə digər kənd yaşayış məntəqələrində və rayon mərkəzi olan Qıvraq qəsəbəsində də davam etdiriləcək.

Babək İSMAYILOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR