Muxtar respublikada iqtisadiyyatın dinamik inkişafı xarici ticarət əlaqələrinin genişlənməsinə müsbət şərait yaradıb, 2020-ci ilin yanvar-aprel aylarında 122 milyon 804 min 100 ABŞ dolları dəyərində xarici ticarət dövriyyəsi qeydə alınıb.
İxracın dəyəri 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə artaraq 98 milyon 810 min ABŞ dolları təşkil edib, 74 milyon 815 min 900 ABŞ dolları dəyərində müsbət saldo yaranıb.