Naxçıvan-Sədərək magistral avtomobil yolunun kənarında 100 hektar sahədə salınan püstə bağından əlavə 2 hektar sahədə yeni püstə bağı salınacaq.
Həmin bağda Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan tingçilik təsərrüfatında ərsəyə gələn 1000-dən çox püstə tingi əkiləcək. Beləliklə, toxum və tinglərin xaricdən gətirilməsinə son qoyulacaq, tələbat yerli imkanlar hesabına ödəniləcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Kamal Abdullayev bildirib ki, geniş sahədə püstə bağının salınması muxtar respublikada ilk dəfə həyata keçirilir. Bunun üçün də mövcud təcrübədən istifadə edilir.