22 Dekabr 2024, Bazar

Muxtar respublikamızda kənd təsərrüfatının bütün sahələri kimi, üzümçülüyün də inkişafı diqqət mərkəzində saxlanılır, görülən tədbirlər nəticəsində hər il bağlardan tonlarla məhsul tədarük olunur. Müqayisə üçün bildirək ki, ötən il Naxçıvan Muxtar Respublikasında, ümumilikdə, 1400 hektardan çox sahədə üzüm bağı salınıb, 16 min 700 tondan çox məhsul götürülüb.

2015-ci ildə Babək rayonunun Nehrəm kəndində yaradılan və 250 hektar sahəni əhatə edən “Sumqala” üzümçülük təsərrüfatı da daxili bazarın tələbatını ödəyən və ixrac imkanlarına malik olan təsərrüfat sahələrindəndir. Ötən il təsərrüfatın 80 hektarlıq üzüm bağından min tondan çox məhsul götürülüb. Yığılan məhsullar yerli tələbatı ödəməklə yanaşı, Bakı şəhərinə, həmçinin Rusiya və Ukrayna bazarlarına da ixrac olunub. Cari ildə təsərrüfat daha da genişləndirilib. Burada 14 xarici və 10-a yaxın yerli üzüm sortu yetişdirilir. Xaricdən “Sultanina”, “Viktoria”, “Kardinal” və digər üzüm sortları calaq edilmiş formada gətirilib. Hazır­da üzüm bağlarında becərmə, yaşıl budama və aqrotexniki qulluq işləri aparılır, “mildiu” və “oidium” xəstəliklərinin qarşısını almaq məqsədilə üzüm tənəklərinə xüsusi texnikalarla “Kumulus” dərmanı səpilir. Bağların suvarılması üçün Bənəniyar Su Anbarının imkanlarından  istifadə olunur. Səmərəliliyi artırmaq üçün suvarmada damcı üsuluna üstünlük verilir.
Qeyd edək ki, bağdakı işlərin optimal müddətdə başa çatdırılması üçün 200-dən artıq işçi çalışır. Beş ildir ki, yaradılan təsərrüfatda üzümçülüklə yanaşı, alma və qarışıq meyvə bağları da vardır. Meyvə bağlarında aqrotexniki qulluq işləri artıq başa çatıb.
Gələcəkdə meyvə və üzüm sirkələri, müxtəlif mürəbbə, üzüm bəkməzi, alma və ərik cemləri istehsalı sahələrinin də yaradılması nəzərdə tutulub.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR