22 Dekabr 2024, Bazar

“Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən muxtar respublikaya bu il tələbata uyğun olaraq 5 ədəd südsağan qurğu gətirilib. Texnikalar 1200 manata lizinq, nağd və köçürmə yolu ilə sahibkarlara təklif edilir. Alınan texnikalar dünyanın qabaqcıl ölkələrin istehsalıdır.

Kiçik ailə təsərrüfatları üçün nəzərdə tutulan avadanlıqlardan bir neçəsi nağd ödəmə yolu ilə satılıb. O cümlədən bu texnikalar Dövlət Məşğulluq Xidməti tərəfindən özünüməşğulluq proqramına cəlb edilən nümunəvi təsərrüfat sahiblərinə də ödənişsiz olaraq verilir.

 Südsağan qurğu ilə təmin edilən ailə təsərrüfatçısı Həsən Cəfərov dövlətimizə minnətdarlığını bildirərək qeyd edib ki, südsağan avadanlıqların istifadəsindən sonra sağılan südün miqdarı da artıb.

Kənd təsərrüfatı texnikaları lizinqə verilərkən dəyərinin 20 faizi ödənildikdə dövlət büdcəsi hesabına onların ilkin dəyərinin 40 faizi həcmində güzəşt tətbiq edilir. Həyata keçirilən bu tədbirlər aqrar sahənin, sahibkarlığın inkişafına göstərilən diqqət və qayğının daha bir nümunəsidir.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisin Sədri bu il martın 18-də “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən alınan yeni kənd təsərrüfatı texnikalarına baxış keçirən zaman kənd təsərrüfatında yeni innovasiyaların tətbiqinin əhəmiyyətini vurğulayıb, texnikalarla təminat və texniki qulluq işinin diqqətdə saxlanılması, sahibkarların tələbatına uyğun kənd təsərrüfatı texnikalarının və onların ehtiyat hissələrinin alınıb gətirilməsi, eləcə də maarifləndirmə işlərinin aparılması barədə tapşırıqlar verib.

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR