22 Dekabr 2024, Bazar

Tütüncülük muxtar respublikada inkişaf etdirilən sahələrdəndir. Son illərdə bu məqsədlə lazımı tədbirlər görülüb, Kəngərli rayonunun ərazisində “Cahan Tabak” Beynəlxalq Məhdud Məsuliyyətli Cəmiyyətinin Tütünyetişdirmə Mərkəzi yaradılıb. Ötən il mərkəz tərəfindən muxtar respublikada 50 hektar sahədə tütün əkini aparılıb. Sahələrdən 96 ton quru tütün əldə olunub.

Tütün Yetişdirmə Mərkəzinin icraçı direktoru Nurəddin Qəhrəmanovun verdiyi məlumata görə, artıq bir neçə gündür tütün əkinlərinə start verilib. Belə ki, istixana şəraitində yetişdirilən tütün şitillərinin əraziyə köçürülməsinə başlanılıb. Artıq Kəngərli rayonunun Təzəkənd və Xıncab kəndləri ərazisində 5 hektar sahədə “İzmir” və “Virciniya” sortu tütün şitilləri əkilib.

Qeyd edək ki, 2,6 hektar ərazini əhatə edən Tütün Yetişdirmə Mərkəzində şitil yetişdirmək üçün 2200 kvadratmetr sahəsi olan 5 istixana, 10 min kvadratmetrdən çox sahədə tütün qurutma yeri yaradılıb. Bununla yanaşı, tütün əkilməsi üçün əvvəlcədən torpaq hazırlıq işləri görülüb, əkin prosesinə 25 kənd sakini də cəlb olunub. Hələlik muxtar respublikada 50 hektar sahədə tütün əkinlərinin aparılması üçün torpaq mülkiyyətçiləri ilə müqavilələr bağlanılıb, ancaq  bu rəqəmin artacağı da istisna deyil.                      

             Səbuhi HƏSƏNOV             

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR