22 Dekabr 2024, Bazar

2020-ci ilin yanvar-mart aylarında muxtar respublikada informasiya və rabitə xidmətlərinin dəyəri 2019-cu ilin müvafiq dövründəki göstəricini 2,1 faiz üstələyərək, 13 milyon 380 min 100 manat olub.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən bildirilib ki, ümumi xidmətlərin 80,2 faizi mobil rabitənin payına düşüb, mobil rabitə xidmətlərinin dəyəri 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2,8 faiz artıb.

2020-ci ilin birinci rübündə muxtar respublikada informasiya və rabitə sahəsinin inkişafı diqqətdə saxlanılıb, 1 poçt bölməsi yeni bina ilə təmin olunub, 1 avtomat telefon stansiyası quraşdırılıb.

Ordubad rayonunda Dəstə Radio-Televiziya Ötürücü Stansiyası üçün bina istifadəyə verilib. Culfa rayonunda rabitə evinin yenidən qurulması davam etdirilib, Sədərək rayonunda Radio-Televiziya Ötürücü Stansiyası üçün binanın, Kəngərli rayonunda rabitə evinin tikintisinə başlanılıb.

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR