"Sahibkarlara əlavə dəstək tədbirlərinə ehtiyac olduğu halda bu istiqamətdə müvafiq tətillər həyata keçiriləcək".
Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində İqdisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Onun sözlərinə görə, pandemiya səbəbindən Azərbaycan iqtisadiyyatı üçün gündəlik itkilərin məbləği 120-150 milyon manat dəyərində qiymətləndirilə bilər: "Azərbaycan Respublikasının ehtiyyatları, maliyyə resursları, İqdisadi dayanıqlılıq imkan verir ki, bu və digər mövcud qərarlarda olduğu kimi, bu məsələdə də ölkə vətəndaşlarının sağlamlığı əsas götürülsün".