22 Dekabr 2024, Bazar

Hər il aprel ayının dördüncü həftəsinin dördüncü günü keçirilən Beynəlxalq “İKT-də Qızlar” Günü bu il aprelin 23-nə təsadüf edir. Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən təsis edilən əlamətdar gün ənənəvi olaraq Azərbaycanda da qeyd olunur.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildirilib ki, “İKT-də Qızlar” Gününün keçirilməsi qızları informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsinə cəlb etmək, onların bu sektorda fəaliyyətini stimullaşdırmaq məqsədi daşıyır.

Hazırda ölkəmizdə qadınların İKT sahəsində rolu günü-gündən genişləndirilir, bu istiqamətdə gender bərabərliyi təmin edilir. Məhz bu amil gənc qızları innovasiyalara yaxından maraq göstərməyə, texnologiyalar sahəsində peşə seçimi etməyə və öz karyeralarını bu sahədə qurmağa sövq edir.

Hər il əksər ölkələrdə “İKT-də Qızlar” Günü ilə əlaqədar xüsusi tədbirlər keçirilirdi. 2011-ci ildən dünyanın 170-dən çox ölkəsində bu günə həsr edilmiş 11 mindən artıq müxtəlif formatlı tədbirdə 400 minədək qız və gənc qadın iştirak edib.

Dünyanın bir çox ölkələrini əhatə edən COVID-19 pandemiyası səbəbindən bu dəfə İKT üzrə təhsil alan, çalışan, bu sektora öz töhfələrini verən qadınların iştirakı ilə ənənəvi tədbirlər təşkil edilmədi. Lakin İKT-də olan qadınlar sosial təcridlə bağlı real həyatdakı mövcud məhdudiyyətlərə baxmayaraq, bu günü internet resurslarından yararlanmaqla virtual formatda qeyd edir və öz həmrəyliklərini nümayiş etdirirlər.

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR