22 Dekabr 2024, Bazar

Azərbaycan Respublikasında iqtisadiyyatın davamlı və rəqabətqabiliyyətli inkişafı istiqamətində çoxşaxəli islahatlar həyata keçirilir və bu islahatlar çərçivəsində iqtisadiyyatın divertisifikasiyası, qeyri-neft sektorunun stimullaşdırılması, biznes və investisiya mühitinin yaxşılaşdırılması, dövlət-sahibkar münasibətlərinin inkişaf etdirilməsi, kiçik və orta sahibkarlığın dəstəklənməsi istiqamətində kompleks tədbirlər görülür.

Yeni iqtisadi şəraitdə ölkəmizdə həyəta keçirilən inkişaf strategiyası, ilk növbədə regionların social-iqtisadi inkişafının təmin edilməsi, iqtisadiyyatın rəqabətqabiliyyətliliyinin yüksəldilməsi idxaldan asılılığına zaldılması və ixracyönümlü məhsul istehsalına keçməklə iqtisadiyyatın şaxələndirilməsinə xidmət edir. Regionun kompleks inkişaf məqsədi onun ərazisində formalaşan potensialın istifadəsi və təkrar istehsalı üçün zəruri olan vəzifələrin, əsas tədbirlərin hazırlanması və tətbiqi ilə mümkündür.

Azərbaycan Respublikasının ümummilli lideri Heydər Əliyevin müəyyənləşdirdiyi iqtisadi inkişaf strategiyasının ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən müvəfəqiyyətlə davam etdirilməsi nəticəsində qazanılmış uğurların miqyası və əhatə dairəsi xeyli genişlənmişdir. Ölkə prezidentinin “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” 2003-cü il 24 noyabr tarixində imzaladığı fərmanla müəyyən edilmiş sosial-iqtisadi inkişafın əsas istiqamətləri üzrə həyata keçirilən tədbirlər bu sahədə əldə edilmiş nailiyyətləri daha da möhkəmləndirmişdir. Digər tərəfdən iqtisadiyyatın bütün sahələrində inkişafa istiqamətləndirilmiş tədbirlərin ayrı-ayrı dövlət proqramları çərçivəsində həyata keçirilməsi ümumi nəticədə səmərəliliyi xeyli artırmış, ümumiqtisadi inkişafın mərkəzlə yanaşı regionlara doğru istiqamətlənməsində müstəsna əhəmiyyət kəsb etmişdir.

Azərbaycanda həyata keçirilən sosial-iqtisadi islahatlar artıq öz bəhrəsini verməkdədir. İslahatlar nəticəsində iqtisadiyyatın bütün sektorlarının sürətli və daha çox artması, tədiyyə balansında müsbət saldoların yaranması bunu bir daha təsdiqləyir. Bütün bunları doqquz ayın sosial-iqtisadigöstəricilərinə nəzər yetirdikdə də aydın şəkildə görürük. Həqiqətən də iqtisadi göstəricilər onu deməyə əsas verir ki, artım daha çox qeyri-neft sektoru istehsalı ilə formalaşıb və praktik olaraq bu sahədəki artım ümumi iqtisadiyyatdakı artım tempinin qorunub saxlanmasına imkan yaradır.

 Qeyri-neft sektorunda iqtisadi artım 3 faizdən çox olub;

 Qeyri-neft sənayesi 15 faizdənçoxartıb;

 Valyuta ehtiyyatları 50 milyard dollar çatıb;

 İqtisadiyyata 10 milyard 146,2 milyon manat investisiya yatırılıb;

 Sahibkarlara 130 milyon manat güzəştli kredit verilib;

 Müxtəlif ölkələrə 7 ixrac missiyası təşkil olunub;

 186 ölkə ilə ticarət əlaqələri aparılıb;

 Xarici ticarət dövriyyəsi 25,3 milyard dollar olub;

 İxrac məhsullarının çeşidlərinin sayı artaraq 2780-ə çatıb;

 Qeyri-neft ixracı 15,5 faiz artaraq 1,4 milyard dollara çatıb;

 Sənaye parklarında 564 milyon manatlıq məhsul istehsal edilib;

 8 KOB Dostu fəaliyyətə başlayıb;

 Kənd təsərrüfatı 7 faizdən çox artıb;

 İnflyasiya 2 faizdən bir qədər çoxdur;

 2sosial paketlə 4,2 milyondan çox insanın maddi vəziyyəti yaxşılaşıb;

 Minimum əmək pensiyası 200 manata çatdırılıb;

 Minimum əməkhaqqı 250 manata yüksəlib;

 903,5 kilometr uzunluğunda avtomobil yolları çəkilib;

 Məcburi köçkünlər üçün 106-cı qəsəbə istifadəyə verilib;

 Xarici borc ümumi daxili məhsulun cəmi 17 faizini təşkil edir.

Ümumiyyətlə, son illərdə aparılan islahatlar, xüsusilə qeyri-neft sektorunun inkişafı ilə bağlı atılan addımlar sayəsində artıq mərhələli şəkildə iqtisadi artımın neft sektorundan qeyri-neft sektoruna transfer olunduğunu görməkdəyik. Lakin Azərbaycan Respublikasının Prezidenti cənab İham Əliyev hesab edir ki, bu artım daha yüksək ola bilər:  “Sevindirici hal ondan ibarətdir ki, qeyri-neft sektorunda iqtisadi artım 3 faizdən çoxdur. Bu, onu göstərir ki, şaxələndirmə ilə bağlı tədbirlər öz nəticəsini verir. Əlbəttə, biz istərdik ki, artım daha dayüksək olsun. Hesab edirəm ki, buna nail olmaq üçün kifayət qədər imkanlar, potensial var. Sadəcə olaraq, biz bu potensialdan maksimum səmərə ilə istifadə etməliyik”.

Yüksək göstəricilərdən biri kənd təsərrüfatının inkişafında da müşahidə olunub. Son illərdə inkişafı prioritet sahə kimi müəyyən edilən kənd təsərrüfatına böyük investisiyalar qoyulması, subsidiyaların, güzəştli şərtlərlə kreditlərin verilməsi də bu inkişafı daha dasürətləndirib. Elə doqquz ayda kənd təsərrüfatı və emalı məhsullarının ixracında 18,6 faizlik artıma nail olunması da bunun təsdiqidir. Bu da əlbəttə ki, həm Azərbaycanda investisiya mühitinin yaxşılaşdırılması istiqamətində görülən işlərin, xüsusən də xarici və yerli investorlara yaradılan əlverişli şəraitin uğurlarıdır desək, yanılmarıq. Həm sosial-iqtisadi islahatlar, həm də xarici, yerli iş adamları üçün yaradılan əlverişliinvestisiya mühiti, sahibkarlığa başlama, həm də digər proseslərlə bağlı həyata keçirilənuğurlu layihələr beynəlxalq reytinq təşkilatlarının da diqqətindən yayınmır.Dünya Bankının “Doing Business” hesabatında Azərbaycanın dünyanın ən çox islahataparan ölkəsi sırasına daxil olması, rəqabətqabiliyyətli indeksində ölkəmizin öz mövqelərini yaxşılaşdıra bilməsi bunu bir daha təsdiqləyir. Bu da ondan xəbər verir ki, əslində islahatlar makroiqtisadi sabitliyin qorunub saxlanmasına və makroiqtisadi göstəricilərdə artım tempinin formalaşmasına və qorunub saxlanmasına imkan yaratmaqla yanaşı, həm də beynəlxalq səviyyədəki mövqeyimizin möhkəmlənməsinə səbəb olur.Əlbəttə ki, Dünya Bankının, Beynəlxalq Valyuta Fondunun, Dünya İqtisadi Forumunun mütəmadi olaraq diqqət yetirdiyi bir ölkəni digər xarici investorlar da ciddi şəkildə izləyirlər. Bu isə Azərbaycana yeni əməkdaşlıq imkanları üçün şərait yaradır. Azərbaycanda iqtisadi sahədə islahatların uğurlu davam etməsi aparıcı beynəlxal qmaliyyə qurumlarının da diqqətindən yayınmır: “Doing Bussines” hesabatında biz biznesmühitinə görə dünya miqyasında 25-ci yerdəyik. Son hesabatda Azərbaycan yenədə 20 ənislahatçı ölkə sırasında yer alıb. Bu yaxınlarda Davos Ümümdünya İqtisadi Forumu yenihesabat dərc edib.Bu hesabat bir daha onu göstərir ki, Azərbaycanda aparılan islahatlarardıcıl xarakter daşıyır. Bütün bunlar əlbəttə ki, görülən işlərə verilən yüksək qiymətdir. Azərbaycan sosial müdafiə sahəsində dünya miqyasında nümunəvi ölkədir. Həm minimum əməkhaqqı, pensiyalar artırılır, həm də özünəməşğulluq proqramı geniş vüsət alır. Azərbaycan minimum pensiyanın alıcılıq qabiliyyətinin səviyyəsinə görə MDB məkanında I, ortaaylıq pensiyanın həcminə görə isə III yerdədir.

Vergi və gömrük sahələrində aparılan islahatlar, şəffaflıqla bağlı addımlar öz səmərəsini verməkdədir. Beynəlxalq aparıcı maliyyə qurumları - Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Valyuta Fondu və digər aparıcı beynəlxalq maliyyə qurumlarının rəhbərləri ilə çoxsaylı görüşlər bunu deməyə əsas verir ki, Azərbaycanda aparılan islahatlar yüksək qiymətləndirilir. Görülən işlərə ən böyük qiyməti isə Azərbaycan xalqı verir. Aparılan sorğulara əsasən onu demək olar ki, əhalinin mütləq əksəriyyəti ümummilli liderin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasəti birmənalı şəkildə dəstəkləyir.

Nuriyyə İbrahimova

Naxçıvan Dövlət Universiteti

İqtisad üzrə fəlsəfə doktoru, dosent

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR