22 Dekabr 2024, Bazar

Qloballaşan cəmiyyətdə müasir insan həyatını bu gün texnologiyalarsız təsəvvür etmək çox çətindir. Naxçıvan Muxtar Respublikasında müasir texnologiyalardan geniş istifadə insanların informasiya tələbatlarının ödənilməsində, iqtisadiyyat, elm, təhsil, səhiyyə və digər sahələrin inkişafında mühüm əhəmiyyət daşıyır.Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi tərəfindən muxtar respublikada əhaliyə keyfiyyətli rabitə və internet xidmətlərinin göstərilməsi diqqət mərkəzində saxlanılmış, mövcud avtomat telefon stansiyaların nömrə tutumlarının artırılması nəticəsində ay ərzində abonentlərə yeni telefon xəttlərinin, habelə “Evədək optika” layihəsi çərçivəsində mənzillərə fiber optik kabel xəttlərinin və GPON avadanlığının quraşdırılması davam etdirilmişdir. Bunlarla yanaşı, yeni inşa olunan kənd xidmət mərkəzlərinə,təhsil müəssisələrinə və digər qurumlara fiber-optik xətlərin çəkilişi də həyata keçirilmişdir.

Bu gün muxtar respublikada internet istifadəçilərinin keyfiyyətli internetlə təmin edilməsi, göstərilən internet xidmətlərinin hər bir sakin üçün əlçatan olması dövlətimizin diqqət mərkəzindədir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri tərəfindən bütün sahələrə olduğu kimi bu sahəyə də göstərilən diqqət və qayğının növbəti təzahürü olaraq muxtar respublikada əhaliyə göstərilən internet xidmətlərinin tariflərində 2020-ci ilin martın 1-dən etibarən sürətdən asılı olaraq ADSL(AsimmetrikRəqəmsal Abunəçi Xətti) və GPON (Giqabit Passiv Optik Şəbəkə) internet tariflərində endirim edilib. Əvvəlki illə müqayisədə sürətdən asılı olaraq qiymətlərdə 25-50 faiz aralığında ucuzlaşma olmuşdur.
Bunlarla yanaşı, ölkə ərazisində tətbiq olunan sosial izolyasiya tədbirlərinə uyğun olaraq genişzolaqlı internet istifadəçilərinin sayının artması nəzərə alınmış, müraciətləri əsasında abonentlər internetlə təmin olunmuş, istifadəçilərin dayanıqlı və keyfiyyətli internet xidmətləri ilə təmin olunması üçün zəruri tədbirlər görülmüşdür. Belə ki, muxtar respublikada internetin sürəti artırılmış, həmçinin www.nakhinternet.az internet portalı vasitəsilə ADSL və GPON abunəçilərinin balansının onlayn artırılması, habelə Naxçıvan Muxtar Respublikası Elektron Hökumət Portalı (www.e-hokumet.nmr.az) üzərindən rabitə və kommunal xidmətlər üzrə borcların internet vasitəsilə öyrənilməsi və “Naxçıvanbank”ın ödəmə terminallarında rabitə və kommunal xidmətlər üzrə borcların internet vasitəsilə ödənilməsi üçün imkanlar artırılmışdır ki, bütün bunlar da öz növbəsində dövlətimiz tərəfindən muxtar respublika sakinlərinin rahat yaşayışının təmin olunması istiqamətində həyata keçirilən kompleks tədbirlərin tərkib hissəsini təşkil edir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 24 mart tarixli Fərmanına əsasən yaradılmış “Naxçıvan Muxtar Respublikasında Koronavirusla Mübarizəyə Dəstək Fondu”nun rəsmi internet saytı da istifadəyə verilmişdir. Saytın yaradılmasında əsas məqsəd muxtar respublikada koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində görülmüş işlərlə bağlı ictimaiyyətin operativ məlumatlandırılmasıdır. Saytda ianələr barədə məlumatlar mütəmadi olaraq yenilənir, ödəniş edən hüquqi və fiziki şəxslərin siyahısı,həmçinin vəsaitlərin ümumi həcmi ictimaiyyətə təqdim olunur.
Muxtar respublikada rabitə və yeni texnologiyaların tətbiqi və inkişafı istiqamətində işlər bundan sonra da davam etdiriləcək, əhaliyə keyfiyyətli rabitə və internet xidmətlərinin göstərilməsi istiqamətində qarşıya qoyulmuş vəzifələrin icrasında bütün səylər artırılacaqdır.

Naxçıvan Muxtar Respublikası
Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR