22 Dekabr 2024, Bazar

2019-cu ilin sentyabr ayında Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyi və onun yerli vergi orqanları tərəfindən muxtar respublika ərazisində fəaliyyət göstərən ticarət, iaşə, xidmət sahələrində yoxlama və monitorinqlər aparılmış, 2 vergiödəyicisində qanunvericiliyin pozulması faktları aşkar edilmiş və müvafiq tədbirlər görülmüşdür. Keçirilən nəzarət tədbirləri zamanı 1 şəxsin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz” almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu aşkarlanmış və həmin şəxs barəsində qanuna­müvafiq tədbirlər görülmüşdür. Həmçinin vergidənyayınma və dövriyyənin gizlədilməsi hallarına qarşı mübarizə məqsədilə 1 vergiödəyicisində xronometraj metodu ilə müşahidə aparılmışdır.
Vergilər Nazirliyi tərəfindən müvafiq icra hakimiyyəti orqanları ilə birgə aparılmış araşdırmalar zamanı 241 yeni əmək müqaviləsinin bağlanmasına nail olunmuşdur.

Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin
mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR