22 Dekabr 2024, Bazar

Bu gün ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən inkişaf strategiyası Azərbaycanı nəinki regionun liderinə, eyni zamanda dünyanın ən yüksək sürətlə inkişaf edən dövlətinə çevirib. Bu uğurlu siyasətin nəticəsidir ki, hazırda ölkəmizdə, eləcə də Naxçıvan Muxtar Respublikasında böyük inkişaf və tərəqqi müşahidə olunmaqdadır. Regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramlarının uğurla icrası muxtar respublikanın inkişafına böyük təkan verib. Bu inkişaf özünü rayonlarımızın həyatında baş verən müsbət dəyişikliklərdə də göstərir. Son illər böyük inkişaf yolu keçən rayonlarımızdan biri də Kəngərlidir.

Tarixi bir adı özündə yaşadan rayonun sosial-iqtisadi göstəriciləri davamlı inkişafdan xəbər verir

Haqqında söhbət açdığımız rayon 2004-cü ildə yaradılıb. Ərazisi 680 kvadratkilometr olan rayonun 30 min nəfərdən çox sakini var. Mərkəzi Qıvraq qəsəbəsidir. 10 kənd – Qarabağlar, Xok, Şahtaxtı, Çalxanqala, Yurdçu, Böyükdüz, Qabıllı, Xıncab, Təzəkənd, Yeni Kərki rayonun inzibati ərazi vahidinə daxildir. Xatırladaq ki, adıçəkilən kənd­lərin bir neçəsi Kəngərli rayonu yaradılmamışdan əvvəl Şərur rayonunun, bir neçəsi isə Babək rayonunun tərkibində idi. Yaradıldığı gündən bu yana görülən işlər nəticəsində Kəngərlinin sosial-iqtisadi həyatında əsaslı dəyişikliklər baş verib, bir sıra mühüm infrastruktur layihələri reallaşdırılıb, təhsil, səhiyyə, idman, mədəniyyət müəssisələri və digər sosialyönümlü obyektlər tikilərək istifadəyə verilib. 2006-cı ilin iyul ayında Kəngərli Rayon İcra Hakimiyyətinin inzibati binasının açılış mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Bu rayonun yaradılması ilə bölgədə bir çox məsələlər həll olunmuşdur. Artıq rayonun öz büdcəsi var, yeni yaradılmış idarələrdə mindən çox iş yeri açılmışdır. Beləliklə, bu rayonda yaşayan əksər ailələrin heç olmasa bir üzvü işlə təmin edilmişdir. Onların işlə təmin edilməsi ailədə də sabitliyin yaranması deməkdir. Yeni rayonun yaradılması bu bölgənin iqtisadiyyatına, gələcəkdə onun daha da möhkəmlənməsinə, ailələrin məskunlaşmasına kömək edəcəkdir. Tarixi bir adı özündə yaşadan Kəngərli rayonu qısa bir müddət ərzində muxtar respublikanın digər rayonlarının səviyyəsinə çatacaqdır”.

Bu gün Kəngərli muxtar respublikanın inkişaf etmiş rayonları sırasındadır. Ölkə Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə hazırlanan və ümumi inkişafımızda fundamental baza rolunu oynayan Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarında nəzərdə tutulan tədbirlərin Kəngərli rayonunda ardıcıllıqla həyata keçirilməsi bu bölgənin bir rayon kimi formalaşmasında mühüm rol oynayıb. Hər il rayonda quruculuq işləri gedir, abadlıq işləri aparılır, yeni müəssisələr qurulur, sosial obyektlər istifadəyə verilir. Son illər Qıvraq qəsəbəsində tikilib istifadəyə verilmiş onlarla inzibati bina, sosial obyektlər bu yurd yerinin gözəllik hüsnünə yeni naxışlar salmaqla yanaşı, yüzlərlə adamın rahat iş yerinə çevrilib. Rayon İcra Hakimiyyəti, “Kapital Bank”ın rayon şöbəsi, Qaz İstismarı İdarəsi, Dövlət Sosial Müdafiə Fondunun Kəngərli Rayon Şöbəsi, Məşğulluq və Əhalinin Sosial Müdafiəsi mərkəzləri, Vergilər, Maliyyə və Polis şöbələri, Tarix-Diyarşünaslıq Muzeyi və digər bu kimi əzəmətli və möhtəşəm tikililər həm də təchizat baxımından olduqca zəngindir. Belə ki, bu binalarda olan otaqların hər biri müasir standartlara cavab verən texniki avadanlıq və vasitələrlə təmin olunub, burada çalışanlar üçün normal iş şəraiti yaradılıb. 2007-ci ilin oktyabr ayında ölkə başçısı cənab İlham Əliyevin muxtar respublikaya səfəri çərçivəsində Şahtaxtı-Poldəşt sərhəd-keçid məntəqəsində tikilmiş nəhəng körpünün açılış mərasimində iştirak etməsi, akademik Zərifə xanım Əliyeva­nın adını daşıyan Şahtaxtı kənd tam orta məktəbində olması rayon əhalisi üçün əlamətdar hadisəyə çevrilib. 2009-cu il də Kəngərli rayonunun sosial-iqtisadi və mədəni həyatında bir sıra yeniliklər, əldə olunan nailiyyətlərlə yadda qalıb. 2009-cu ilin ilk ayında Qıvraq qəsəbəsində inşa edilən sosial obyektlərin sırasına 4 ünvanın adı yazılıb. 2012-ci ildə isə rayon ictimaiyyəti üçün ən əlamətdar hadisə may ayında ölkə başçısı cənab İlham Əliyevin Naxçıvana səfəri çərçivəsində Kəngərli rayonunda Heydər Əliyev Mədəniyyət və İstirahət Parkının, Mədəniyyət Evinin, Naxçıvan Sement Zavodunun, eləcə də “N” hərbi hissədə qərargah binasının açılışında iştirak etməsi, ictimaiyyətin nümayəndələri ilə görüşməsi olub. Rayon sakinləri ilə keçirilən görüşdə ölkə başçısı demişdir: “Bu gün gözəl Mədəniyyət Evinin açılışında toplaşmışıq. Bir neçə il əvvəl Naxçıvanda Heydər Əliyev adına möhtəşəm mədəniyyət mərkəzinin açılışında iştirak etmişdik. İndi isə Kəngərli rayonunda Mədəniyyət Evinin açılışında iştirak edirik. Bu, böyük rəmzi məna daşıyır. Çünki bir neçə il əvvəl Kəngərli rayonu inzibati ərazi kimi mövcud deyildi. Bir neçə il bundan əvvəl Vasif Talıbov belə təşəbbüslə çıxış etmişdi. Mən bu təşəbbüsü təkcə kağız üzərində deyil, əməldə dəstəklədim və qısa müddətdə rayon yaradıldı. Qeyd etdiyim kimi, bu gün rayonun artıq inzibati mərkəzi vardır. Bu mərkəz böyüyəcəkdir və əminəm ki, gələcək illərdə Kəngərli rayonunda bundan da gözəl və yaxşı işlər görüləcəkdir. Bu gözəl hadisə münasibətilə sizi ürəkdən təbrik edirəm, Kəngərli rayonunun və bütün Naxçıvan Muxtar Respublikasının sakinlərinə yeni uğurlar arzu edirəm”.
Ötən müddət ərzində rayonda uzunluğu 39 kilometr olan və 13 min nəfərə yaxın əhalinin yaşadığı 5 kənd yaşayış məntəqəsini birləşdirən Naxçıvan-Sədərək magistralı-Təzəkənd-Çalxanqala-Qarabağlar-Yurdçu-Qıvraq (Xıncab da əlavə yolla birləşməklə) dairəvi avtomobil yolu yenidən qurularaq istismara verilib. Azərbaycan Respublikası Prezidentinin “Naxçıvan Muxtar Respublikasının Culfa və Kəngərli rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” 2011-ci il 2 sentyabr tarixli Sərəncamına uyğun olaraq, yenidən qurulan yol yaşayış məntəqələri arasında daha tez, asan və təhlükəsiz nəqliyyat əlaqəsinin qurulmasına öz töhfəsini verib, həyata keçirilən bu quruculuq tədbiri sakinlər tərəfindən böyük razılıqla qarşılanıb. Ümumiyyətlə, ötən müddət ərzində rayonun əksər kənd­lərində abadlıq-quruculuq işləri həyata keçirilib, yeni sosial obyektlər, istehsal müəssisələri istifadəyə verilib. Hazırda rayonun Xok kəndində yeni sosial obyektlərin inşası həyata keçirilir, abadlıq və quruculuq işləri davam etdirilir. Qeyd edək ki, cari ilin ilk 6 ayında Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kəngərli Rayon İdarəsi tərəfindən 1 milyon 267 min 953 manat həcmində tikinti və abadlıq işləri görülüb.

Aqrar sahədə uğurlar artır

Kənd təsərrüfаtının inkişаfı istiqаmətində həyаtа kеçirilən kоmplеks tədbirlər Kəngərli rаyоnundа dа uğurlа dаvаm еtdirilir. Аzərbаycаn Rеspublikаsının Prеzidеnti cənаb İlhаm Əliyеvin “Kənd təsərrüfаtı məhsullаrı istеhsаlçılаrınа dövlət dəstəyi hаqqındа” 2007-ci il 23 yаnvаr tаriхli Sərəncаmı muхtаr rеspublikаmızın hər bir bölgəsində оlduğu kimi, Kəngərli rаyоnundа dа əkinçiliyin inkişаfınа stimul vеrib, tоrpаq mülkiyyətçilərinin əzmini dаhа dа аrtırıb. Nахçıvаn Muхtаr Rеspublikаsı Аli Məclisi Sədrinin 17 sеntyаbr 2008-ci il tаriхli Sərəncаmı ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Nахçıvаn Muхtаr Rеspublikаsındа əhаlinin ərzаq məhsullаrı ilə еtibаrlı təminаtınа dаir Dövlət Prоqrаmı” rayonda uğurla icra edilir. Muхtаr rеspublikаmızın strаtеji əhəmiyyətli məhsulа – tахılа оlаn tələbаtının dахili imkаnlаr hеsаbınа ödənilməsi istiqаmətində həyаtа kеçirilən аrdıcıl və məqsədyönlü tədbirlər Kəngərli rayonunda da öz bəhrəsini vеrir. Rayon ərazisində kənd təsərrüfatı istehsalçıları tərəfindən 1000 hektardan artıq sahədə yazlıq taxıl, 1458 hektar sahədə isə müxtəlif kənd təsərrüfatı məhsullarının əkini keçirilib. Rayon ərazisində payızlıq taxılla birlikdə, ümumilikdə, 3869 hektar taxıl sahəsində biçin aparılıb. 2242 hektar buğda sahəsindən 6501 ton məhsul əldə edilib, hər hektarın orta məhsuldarlığı 29 sentner olub. 1627 hektarı əhatə edən arpa sahələrindən isə 4400 ton məhsul yığılıb. Orta məhsuldarlıq buğda sahələri ilə müqayisədə 1 sentner az olub. Həmçinin daxili bazarın yerli tərəvəz məhsulları ilə təmin olunması da diqqət mərkəzində saxlanılıb, 178 hektar sahədə bostan, 290 hektar sahədə tərəvəz bitkiləri əkini aparılıb. Rayonda kartofçuluğa da maraq xeyli artıb. Sаhibkаrlаrа güzəştli şərtlərlə krеdit və аvаdаnlıqlаrın vеrilməsi cаri ildə də uğurlа dаvаm еtdirilib. “Nахçıvаn Аqrоlizinq” Açıq Səhmdar Cəmiyyətinin Kəngərli rayon bаzаsındаkı kаrtоfəkən və kartofçıxaran tехnikаlardаn səmərəli istifаdə оlunaraq 213 hektar sahədə kartof əkini aparılıb. Rayonda kənd təsərrüfatının digər sahələri də artım sürəti ilə diqqəti çəkir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə təsdiq edilmiş “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın icrası ilə əlaqədar olaraq, cari ilin yaz mövsümündə 3,5 hektar sahədə yeni meyvə bağları salınıb. Yaz iməcilikləri dövründə 1 hektar meyvə bağında bərpa işləri, 1,5 hektar ərazidə meşəsalma, 2,5 hektar ərazidə isə meşəbərpa işləri aparılıb. Ümumilikdə, 5 hektar ərazidə yeni bağ salınıb, 3,5 hektar yaşıllıq sahəsində isə bərpa işləri görülüb. Bu dövrdə 1800 ədəd meyvə tingi, 2200 ədəd meşə tingi, 1500 ədəd gül kolu əkilib.

Uğurların təməlində dövlət qayğısı dayanır

Yuxarıda sadaladığımız göstəricilərdən məlum olur ki, həqiqətən, son illərdə, bütövlükdə, muxtar respublikamızda olduğu kimi, Kəngərli rayonunda da inkişaf və yüksəliş davamlı xarakter alıb. Qəsəbə və kənd yaşayış məntəqələri öz simasını əsaslı şəkildə dəyişib, aparılan quruculuq işləri hesabına abad, müasir və yaraşıqlı kəndlərin sayı artıb. Önəmli məsələlərdən biri də budur ki, rayon sakinlərinin əhval-ruhiyyəsi yaradılan müasir yaşayış şəraiti hesabına yüksəlib, insanlarda sabaha olan inam və etibar artıb. İdarə, müəssisə və təşkilat əməkdaşları ilə söhbətlərdən gəldiyimiz qənaət budur ki, göstərilən diqqət və qayğının, onlar üçün yaradılan şəraitin qarşılığında hər kəs öz vətəndaşlıq borcunu yerinə yetirərək hər bir işdə yüksək mütəşəkkillik və təşəbbüskarlıq nümayiş etdirir. Bundan başqa, mövcud olan əmək ehtiyatlarından, təbii və iqtisadi potensialdan səmərəli istifadə edilməsi, aqrar sektorda islahatların dərinləşdirilməsi, infrastrukturun yeniləşdirilməsi istiqamətində sistemli tədbirlərin həyata keçirilməsi uğurları təmin edir.

Uğurların təməlində dayanan amillərdən ən əsası isə Heydər Əliyev dövlətçilik yoluna sədaqət, ardıcıl və məqsədyönlü şəkildə həyata keçirilən dövlət siyasətidir. Dahi rəhbərimizin ölməz ideya və əməlləri, xalqın əmin-amanlığı, rifahı naminə gördüyü işlər indi hər bir rayon sakini üçün  dəyişməz fəaliyyət proqramı, davamlı inkişafın təməli və mahiyyətidir. Bu da Kəngərlidə qazanılan uğurların bundan sonra da davam etdiriləcəyini deməyə əsas verir. 

Səbuhi HÜSEYNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR