Dünya birjalarında neftin qiyməti yenidən bahalaşıb.
Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,75 dollar artaraq 59,85 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,62 dollar bahalaşaraq 54,17 dollar təşkil edib.
AZƏRTAC