22 Dekabr 2024, Bazar

“Cahan Tabak Beynəlxalq” Məhdud Məsuliyyətli Cəmiyyəti 2006-cı ildən “Cahan Holdinq”Kommersiya Şirkətlər İttifaqının bir müəssisəsi olaraq Naxçıvan Muxtar Respublikasında fəaliyyətə başlayıb.
Ölkəmizin iqtisadi inkişafında mühüm rol oynayan və yerli siqaret istehsalı müəssisəsi olmağı hədəfləyən “Cahan Tabak Beynəlxalq” MMC Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017-2021-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq tütünçülüyün inkişaf etdirilməsi, yerli siqaret istehsalı və ixracı sahələrində bir sıra tədbirlər həyata keçirib.

Cəmiyyət dövlət proqramında qarşıya qoyulan vəzifələrin icrasına uyğun olaraq yerli siqaretlərin xarici bazarlara ixracı məsələsinə xüsusi önəm verir. Məqsəd ixrac potensialını gücləndirməklə ölkəyə xarici valyuta axınını artırmaqdır. Ötən dövrdə bu istiqamətdə bir sıra tədbirlər həyata keçirilib, müəssisə müxtəlif biznes-forum və sərgilərdə təmsil olunub. Belə tədbirlərdən biri də 2019-cu il sentyabrın 20-22-də Almaniyanın Dortmund şəhərində təşkil edilmiş İnterTabac sərgisidir.
Qeyd edək ki, İnterTabac Dortmund dünyanın ən böyük tütün şirkətlərinin təmsil olunduğu sərgidir və “Cahan Tabak Beynəlxalq” MMC burada “Made in Azerbaijan” brendi altında ölkəmizi təmsil edib. Cəmiyyətdən aldığımız məlumata görə, müəssisə ilk dəfədir ki, bu sərgidə iştirak edir və bu il İnterTabac sərgisində dünyanın 600-dən çox tütün şirkəti təmsil olunub. Şirkət sərgidə beynəlxalq səviyyədə rəqabətədavamlı yerli siqaretlərini, Naxçıvan tütünündən hazırlanmış Azərbaycanın ilk yerli qəlyan brendi olan Shakh qəlyan tütününü və Naxçıvanda yetişdirilən Virciniya və İzmir sortu tütünlərini sərgiləyib. Sərgilənən bütün məhsullar iştirakçılar tərəfindən maraqla qarşılanıb. Xüsusilə İraq, Almaniya, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Ukrayna, Mərakeş, Suriya, Polşa, ABŞ, Serbiya, Tayvan kimi ölkələrdən yerli məhsullarımıza daha böyük maraq göstərilib. Artıq bu istiqamətdə danışıqlara başlanılıb və ilkin addımlar atılıb.
“Cahan Tabak Beynəlxalq” MMC bundan sonra da “Made in Azerbaijan” markalı məhsullarını dünya bazarlarında təqdim və təbliğ etməyə, o cümlədən ölkə iqtisadiyyatına töhfəsini verməyə davam edəcəkdir.

 Səbuhi HƏSƏNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR