Sentyabrın 28-29-da Naxçıvanda Arıçılıq məhsulları-bal festivalı keçiriləcək.
Festivalda muxtar respublikanın müxtəlif bölgələrində arıçılıqla məşğul olan ailə təsərrüfatları, sahibkarlar arıçılıq məhsulları ilə iştirak edəcəklər. “Ən yaxşı arıçılıq məhsulları-bal” nominasiyası üzrə müsabiqə təşkil ediləcək, çeşid müxtəlifliyi və keyfiyyət göstəricisinə I, II və III yerlərin qalibləri seçiləcək.
Festival zamanı Naxçıvan Muxtar Respublikasında bu sahənin tarixi, son illər arıçılığın inkişafı ilə bağlı geniş məlumat veriləcək. Musiqi kollektivləri tərəfindən konsert proqramı təqdim ediləcək. Tədbirə qatılacaq yerli sakinlər və qonaqlar üçün əl işlərinin sərgi-satışı da nəzərdə tutulub.