22 Dekabr 2024, Bazar

Bu gün muxtar respublikada insanların uzunömürlü və sağlam həyat yaşaması istiqamətində mühüm tədbirlər həyata keçirilir. İnsan inkişafı üzrə aparılan uğurlu siyasət, səmərəli məşğulluğun təmin edilməsi, səhiyyə xidmətlərinin düzgün təşkili, keyfiyyətli ərzaq və içməli su təminatı əhali artımına müsbət təsir göstərir.
Həyata keçirilən tədbirlərin nəticəsi olaraq muxtar respublikada əhalinin sayı 2000-ci ilin sonuna nisbətən 26,1 faiz artaraq 1 iyul 2019-cu il tarixə 458 min nəfərə yaxın olmuşdur. Müqayisə olunan dövrdə 1 yaşadək uşaq ölümlərinin azalması da əhali artımını təmin etmişdir. Belə ki, 2000-ci ildə muxtar respublikada hər 1000 diri doğulan hesabı ilə 1 yaşa qədər ölən uşaqların sayı 11,2 nəfər təşkil etmişdirsə, 2018-ci ildə bu göstərici 2,3 nəfər olmuşdur.

Muxtar respublikada qeydə alınmış 1 yaşa qədər ölən uşaqların say göstəricisi respublikanın digər regionlarının, Böyük Britaniya və Şimali İrlandiyanın Birləşmiş Krallığı, Almaniya, Fransa, İtaliya, Avstriya, Belçika, Yunanıstan, Niderland, Bolqarıstan, Macarıstan, Rumıniya, Slovakiya, Latviya, Litva, Xorvatiya, İspaniya, Bosniya və Hersoqovina kimi ölkələrdəki müvafiq göstəricilərdən azdır.
Əhalinin ölüm səviyyəsinin aşağı düşməsində müşahidə olunan pozitiv tendensiyalar da muxtar respublikada yeni doğulanlarda gözlənilən ömür uzunluğunun artmasına təsir etmişdir. Belə ki, 2000-ci ildə muxtar respublikada yeni doğulanlarda gözlənilən ömür uzunluğu 70,9 yaş, o cümlədən kişilərdə 68,8 yaş, qadınlarda isə 73 yaş təşkil edirdisə, 2018-ci ilin yekun nəticələrinə görə bu göstərici 78,6 yaş, o cümlədən kişilərdə 76,6 yaş, qadınlarda isə 80,5 yaş səviyyəsində olmuşdur.
Muxtar respublikada qeydə alınmış yeni doğulanlarda gözlənilən ömür uzunluğu göstəricisi respublikanın digər regionlarından və Bolqarıstan, Macarıstan, Rumıniya, Slovakiya, Latviya, Litva, Xorvatiya, Bosniya və Hersoqovina, Monteneqro kimi Avropa ölkələrindəki müvafiq göstəricilərdən çoxdur. Son 15 ildə bəzi Avropa ölkələri üzrə yeni doğulanlarda gözlənilən ömür uzunluğu orta hesabla 3 yaş artdığı halda, Naxçıvan Muxtar Respublikasında bu göstərici 6,3 yaş olmuşdur.
Muxtar respublikada insan amilinə verilən yüksək dəyər, sağlam ailə – sağlam cəmiyyətin qorunub saxlanılması, yeni doğulanların sağlam mühitdə böyüməsi istiqamətində həyata keçirilən dövlət siyasəti bundan sonra da demoqrafik göstəricilərin pozitiv meyilliliyini təmin edəcəkdir.

Naxçıvan Muxtar Respublikası
Dövlət Statistika Komitəsinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR