22 Dekabr 2024, Bazar

Muxtar respublikamızda yaradılmış soyuducu anbar təsərrüfatı payız-qış aylarında əhali istehlakında mühüm paya malik olan yerli meyvə və tərəvəz məhsullarının münasib qiymətlərlə satışa çıxarılmasına imkan verir.
Bundan əlavə, soyuducu anbarlar, əsasən, diyarımızda yetişdirilən meyvə-tərəvəz hesabına doldurulduğundan aqrar sahənin inkişafına, istehsalçıların öz işini genişləndirməsinə stimul yaradır. Belə ki, soyuducu anbarlar muxtar respublikamızın, demək olar ki, bütün rayonlarında olduğundan bu, meyvə-tərəvəz məhsullarının daşıma xərclərinin və müvafiq olaraq satış qiymətlərinin də aşağı salınmasına təsir edir.

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyindən aldığımız məlumata görə muxtar respublikadakı soyuducu anbarlara meyvə-tərəvəz ­tədarükü davam etdirilir. Belə ki, hazırda Naxçıvan şəhərində, Şərur, Ordubad, Kəngərli, Şahbuz və Sədərək rayonlarındakı soyuducu anbarlara meyvə-­tərəvəz məhsulları təhvil verilir. Ümumi tutumu 15 min 945 ton olan 38 soyuducu anbara indiyədək 4 min 81,5 ton, o cümlədən 3 min 967,7 ton kartof, 55,6 ton soğan, 52,8 ton alma və 5,5 ton kələm məhsulu tədarük olunub.
Qeyd edək ki, ümumilikdə, muxtar respublikada soyuducu anbarların qurulması və məhsul tədarükü məqsədilə Sahibkarlığın İnkişafı Fondundan sahibkar­lara 4 milyon 362 min 840 manat, o cümlədən 2019-cu ilin ötən dövründə bu istiqamətdə sahibkarlara 65 min manat dövlət maliyyə dəstəyi göstərilib.

 Əli CABBAROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR