Bu il ölkə Prezidentinin müvafiq sərəncamlarına əsasən minimum əməkhaqqı, bütün növ pensiyalar və dövlət strukturlarında çalışan işçilərin vəzifə maaşları artırılmışdır. Eyni zamanda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən də əməkhaqlarının artırılması ilə bağlı sərəncamlar imzalanmışdır.
Ölkə Prezidentinin və Ali Məclis Sədrinin müvafiq sərəncamlarından irəli gələn vəzifələrin icrası Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi tərəfindən diqqətdə saxlanılmış, əməkhaqlarının artımla ödənilməsi üçün vaxtında operativ tədbirlər görülmüşdür. Belə ki, muxtar respublika üzrə tarifləşmələr yenilənmiş, müəssisə və təşkilatların ştat cədvəllərinin layihələri hazırlanaraq aidiyyəti üzrə göndərilmişdir.
Hazırda bu sahədə bütün zəruri işlər başa çatdırılmış, muxtar respublikada əməkhaqlarının sentyabr ayından başlayaraq artımlarla ödənilməsinə nail olunmuşdur.
Naxçıvan Muxtar Respublikası
Maliyyə Nazirliyinin mətbuat xidməti