“Azərikimya” İstehsalat Birliyində keçən il ümumilikdə 366,41 min ton xammal emal edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə SOCAR-ın “Davamlı inkişaf üzrə illik hesabat”ında deyilir.
Hesabata görə, SOCAR üzrə 2018-ci il ərzində xaricə ixrac olunan avtomobil benzini, dizel yanacağı və digər məhsulların miqdarı isə 1 milyon 532,96 min ton olub.