Sentyabrın 28-i və 29-da Naxçıvanda “Arıçılıq məhsulları-bal” festivalı keçiriləcək.
Festival zamanı Naxçıvan Muxtar Respublikasında bu sahənin tarixi, son illər arıçılığın inkişafı ilə bağlı geniş məlumat veriləcək. Musiqi kollektivləri tərəfindən konsert proqramı təqdim ediləcək. Tədbirə qatılacaq yerli sakinlər və qonaqlar üçün əl işlərinin sərgi-satışı da nəzərdə tutulub.
Festivalda “Ən yaxşı arıçılıq məhsulları-bal” nominasiyası üzrə müsabiqə təşkil ediləcək, çeşid müxtəlifliyi və keyfiyyət göstəricisinə I, II və III yerlərin qalibləri seçiləcək.