22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası İqtisadi İnkişaf Nazirliyinin kollegiya iclasını nazir Famil Seyidov açaraq məruzə ilə çıxış edib. Qeyd olunub ki, bugünkü kollegiya iclasının keçirilməsində məqsəd 2013-cü ilin ilk altı ayı ərzində nazirlik və onun strukturları tərəfindən görülmüş işləri, qarşıda duran vəzifələri müzakirə etməkdir.

Bildirilib ki, “Naxçıvan Muxtar Respublikasının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Pro­qramı”nın icrası çərçivəsində muxtar respublikada rəqabətədavamlı məhsul istehsal edən müəssisələr yaradılıb, son illər ərzində 450-dən çox istehsal sahəsi fəaliyyətə başlayıb.
“Naxçıvan Biznes Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti üçün yeni binanın istifadəyə verilməsi və həmin gün sahibkarlarla keçirilən görüşdə 11 sahibkarlıq subyektinə güzəştli dövlət mаliyyə dəstəyinin göstərilməsi sahibkarlığın inkişafına muxtar respublika rəhbərinin qayğısının təzahürüdür.

2013-cü ilin ötən dövrü ərzində iqtisadi fəaliyyətin müxtəlif sahələri üzrə 53 layihənin maliyyələşdirilməsinə 1 milyon 663 min 500 manat olmaqla, ümumilikdə, 2000-ci ildən ötən müddət ərzində 1139 layihənin maliyyələşdirilməsinə 90 milyon manatdan çox həcmdə güzəştli kreditlər verilib. Sahibkarlıq fəaliyyətinə yaradılmış münbit şəraitin nəticəsi olaraq, bu ilin ilk altı ayı ərzində istehsal və xidmət üzrə bütün mənbələr hesabına 27 yeni sаhə istifadəyə verilib, 49 sahənin yaradılması davam etdirilib. 
Nazir kollegiya iştirakçılarının diqqətinə çatdırıb ki, həyata keçirilən kompleks tədbirlər aqrar sektorda da iqtisadi aktivliyi əhəmiyyətli dərəcədə artırıb, “2008-2015-ci illərdə Nахçıvаn Muхtаr Rеspublikаsındа əhаlinin ərzаq məhsullаrı ilə еtibаrlı təminаtınа dаir Dövlət Prоqrаmı” və “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nda qarşıya qoyulmuş vəzifələr bu sahənin inkişafında konkret istiqamətlər müəyyənləşdirib, ötən müddət ərzində bu istiqamətdə ciddi nailiyyətlər əldə edilib.
Ötən dövr ərzində buraxılan nöqsanlardan da danışan nazir bildirib ki, daxili bazarda istər süni qiymət artımı, istər keyfiyyətsiz və istehlak müddəti ötmüş məhsulların satışı, istərsə də istehlakçıların hüquqlarının pozulması hallarına az da olsa, rast gəlinir. Bu halların qarşısının alınması məqsədilə Antiinhisar siyasəti və istehlakçıların hüquqlarının müdafiəsi şöbəsi aidiyyəti qurumlarla birlikdə istehsal olunan məhsulların keyfiyyətinə, müasir standartlara cavab verməsinə və rəqabət qabiliyyətinə malik olmasına ciddi diqqət yetirməli, ticarət obyektlərində vaxtı ötmüş və sağlamlıq üçün zərərli məhsulların satışdan çıxarılması istiqamətində həyata keçirilən tədbirlər davam etdirilməlidir.
Sonra məruzə ətrafında çıxışlar olub.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR