23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidməti aprel ayında muxtar respublika əhalisinə göstərilən avtonəqliyyat xidməti səviyyəsinin yüksəldilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirmişdir.
“Naxçıvan Muxtar Respublikasında ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinin vəziyyəti və innovasiyaların dəstəklənməsi barədə” keçirilmiş müşavirədə verilmiş tapşırıqların icrası məqsədilə “İdeyadan başlanğıca” layihəsi çərçivəsində Naxçıvan Dövlət Universitetinin Yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi və Naxçıvan Dövlət Texniki Kollecinin Yol hərəkətinin təşkili ixtisası üzrə təhsil alan tələbələrlə birgə “Nəqliyyat könüllüləri” layihəsi həyata keçirilmişdir. Həmçinin Naxçıvan Dövlət Texniki Kollecinin IV kurs Yol hərəkətinin təşkili ixtisasında təhsil alan tələbələrin və Naxçıvan Dövlət Universitetinin III kurs Yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi ixtisasında təhsil alan tələbələrin xüsusi qrafik üzrə istehsalat təcrübələrinin keçirilməsi işi təşkil olunmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Sərəncamına uyğun olaraq hamiliyə verilmiş ixtisaslarla işin təşkili və yeni layihələrin həyata keçirilməsi üçün ekspert qrupu və ictimai əsaslarla fəaliyyət göstərən Startapların dəyərləndirilməsi mərkəzi yaradılmış, ali və orta ixtisas təhsili müəssisələri ilə qarşılıqlı tədbirlər planı hazırlanaraq təsdiq olunmuşdur.

Naxçıvan Şəhər Nəqliyyat İdarəsinə məxsus avtobuslarla Naxçıvan-İqdır-Naxçıvan marşrutunda gündəlik sərnişindaşıma xidməti həyata keçirilmişdir. Sərnişinlərin rahatlığını təmin etmək üçün Naxçıvan-Bakı marşrutunda işləyən avtobuslardan birinin hər gün Şərur və Culfa avtovağzallarından yola salınması, Şahbuz və Ordubad avto­vağzallarında isə bu avtobusa bilet satışı işi davam etdirilmişdir. Aprel ayında bu marşrutla 3471 sərnişin daşınmışdır.
Xidmətin reyd komissiyası tərəfindən reydlər keçirilmiş, şəhərdaxili və rayonlararası marşrutlarda hərəkət qrafikinə nəzarət artırılmış, qanunsuz sahibkarlıqla məşğul olan avtonəqliyyat vasitələri müəyyən edilərək tədbir görülməsi üçün onlar haqqında məlumat müvafiq təşkilatlara göndərilmişdir. Fəaliyyətdə olan 131 marşrut xəttində 313 avtobusla rayon mərkəzləri və kənd­lərin hamısı marşrutla təmin edilmiş, 484 taksi sərnişindaşıma xidməti göstərmişdir.

Naxçıvan Muxtar Respublikası
Dövlət Nəqliyyat Xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR