23 Dekabr 2024, Bazar ertəsi

Muxtar respublikaya idxal edilən uşaq qidalarının 7 halda laboratoriya analizləri aparılaraq keyfiyyət göstəricilərinin standartların tələblərinə uyğun olduğu müəyyən edilmişdir. Yerli istehsal məhsullarının keyfiyyətinin qorunması məqsədilə 76 qida istehsalı müəssisəsinə, 107 ictimai iaşə və xidmət sahəsinə maarifləndirmə xarakterli baxış keçirilmiş, çatışmazlıqların aradan qaldırılması istiqamətində müvafiq işlər görülmüşdür. Məhsulların sertifikatlaşdırılmasına dair elektron xidmət vasitəsilə daxil olmuş 25 müraciət operativ icra edilmişdir.

Meyvə-tərəvəz və onlardan hazırlanmış məhsulların keyfiyyətinin nəzarətdə saxlanılması işi çərçivəsində məhsulların 13 halda keyfiyyət göstəriciləri yoxlanıldıqdan sonra sertifikatlaşdırılmış, 2 anbardan, 2 istixanadan və 3 satış obyektindən götürül­müş məhsulların 9 halda laboratoriya analizləri aparılaraq keyfiyyət göstəricilərinin standartların tələblərinə uyğun olduğu müəyyən edilmişdir. Kənd təsərrüfatı məhsullarının istehsalında istifadəsinə icazə verilən təbii və qeyri-təbii vasitələrin tətbiqinə, xaricdən idxal edilən üzvi və qeyri-üzvi gübrələrin keyfiyyət göstəricilərinə, toxumların və tingçilik məhsullarının müəyyən olunmuş tələblərə cavab verməsinə nəzarətin gücləndirilməsi tədbirinin icrası istiqamətində qarpız, qovun, xiyar, pomidor toxumlarından nümunələr seçilərək analizləri aparılmışdır.

Uşaq bağçalarının, məktəblərin, xəstəxanaların və digər təhsil və səhiyyə müəssisələrinin yerli məhsullarla təmin edilməsi və alınan qida məhsullarının keyfiyyətinin müntəzəm nəzarətdə saxlanılması istiqamətində 34 təhsil, 13 məktəbəqədər tərbiyə, 10 səhiyyə müəssisəsinin bufet və yeməkxanasında monitorinqlər, həmçinin yerli məhsullarla təminatın üstünlüyü barədə maarifləndirici söhbətlər aparılmış və aşkar olunmuş nöqsanlar aradan qaldırılmışdır.
“Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Pro­qramı” üzrə Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Toxumçuluq və Bitkilərin Mühafizəsi İdarəsi kənd təsərrüfatı bitkilərinin toxumları ilə bağlı 13 adda AZS dövlət standartı ilə təmin edilmişdir. “Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı Tədbirlər Planı”nın icrası çərçivəsində İqtisadiyyat Nazirliyinin əməkdaşları ilə birlikdə Şərur rayonunda fəaliyyət göstərən “Şərur-3” Məhdud Məsuliyyətli Cəmiyyətində alkoqollu içkilər istehsal edən ailə təsərrüfatları üçün maarifləndirici tədbir keçirilmiş, aktiv kömür və kvars qumu filtri qurğusu nümayiş etdirilmiş və ailə təsərrüfatlarına istifadəsi tövsiyə olunmuşdur. Ailə təsərrüfatı məhsullarının keyfiyyətinə nəzarət edilməsi üçün məhsullardan 52 halda nümunə götürülərək laboratoriyaya təqdim olunmuş, sınaq nəticələrinin standartların tələblərinə uyğun olduğu müəyyən edilmişdir.
“2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”nın icrası istiqamətində aidiyyəti təşkilatların nümayəndələri ilə birlikdə Şərur rayonunun Dizə, Şahbuz rayonunun Kolanı və Kəngərli rayonunun Çalxanqala kəndlərində arıçılıq məhsulları istehsalçıları ilə maarifləndirmə xarakterli görüşlər keçirilmiş, bal məhsullarının 2 halda laboratoriya analizləri aparılaraq keyfiyyət göstəricilərinin standartların tələblərinə uyğun olduğu müəyyən edilmişdir. Ərzaq məhsullarının keyfiyyətinə nəzarətin gücləndirilməsi prosesi çərçivəsində məhsul nümunələrinin 7 halda laboratoriya analizləri aparılmış və standartların tələblərinə uyğun olduğu müəyyən edilmişdir. Həmçinin alkoqollu içkilər istehsal edən 3 müəssisədə istehsal olunan məhsulların laboratoriya analizi aparılaraq keyfiyyət göstəricilərinin standartların tələblərinə uyğun olduğu müəyyən edilmişdir. 128 bərbərxana və 51 gözəllik salonunda maarifləndirmə xarakterli monitorinqlər aparılmış, xidmət mərkəzlərinə 37 halda baxış keçirilmiş və qanunvericiliyə uyğun olmadığından 10 informasiya xarakterli lövhənin istifadəsi qadağan edilmişdir. Metroloji norma və qaydalara uyğun olaraq 1974 sayğac yoxlanılmışdır.
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi və Dövlət Gömrük Komitəsinin nümayəndələri ilə birgə elektrik və qaz cihazlarının satışını həyata keçirən 18 təsərrüfat subyektində müşahidə xarakterli təkrar monitorinqlər aparılmış, idxal olunan 316 məişət qaz cihazına baxış keçirilmiş, təhlükəsizliyi təmin olunmayan 13 məişət qaz cihazının idxalına və satışına icazə verilməmişdir.

Naxçıvan Muxtar Respublikası
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR