23 Dekabr 2024, Bazar ertəsi

Muxtar respublikada suvarma mövsümünün mütəşəkkil keçirilməsi diqqətdə saxlanılır. Hazırda su anbarlarında 235 milyon kubmetr su ehtiyatı vardır.
Aprel ayında su istifadəçilərinə 44 milyon kubmetr su verilmiş, təkrar suvarma da daxil olmaqla, 37 min hektar torpaq sahəsi suvarılmışdır. Bu dövrdə 43 kilometr beton və torpaq kanal, 29 kilometr ara arxlar, 4 kilometr kollektor lildən təmizlənmiş, 11 kilometr yeni suvarma boru xətti çəkilmiş, 5 kilometr suvarma boru xətti və 6 kilometr içməli su xətti təmir edilmişdir. Yaşayış məntəqələrini və əkin sahələrini daşqın və sel sularından qorumaq məqsədilə Naxçıvançay, Cəhriçay vadilərində 710 metr istiqamətləndirici bənd tikilmişdir.
Kəngərli rayonunun Yurdçu kəndi ərazisində 76 hektar, Şahbuz rayonunun Türkeş kəndi ərazisində 300 hektar sahədə qapalı suvarma şəbəkəsinin tikintisinə başlanılmış, Yurdçu kəndi ərazisində 2520 metr, Türkeş kəndi ərazisində isə 3240 metr yeni suvarma xətti quraşdırılmışdır. Həmçinin Şərur və Babək rayonlarında 72 hektar sahədə qrunt sularının səviyyəsi aşağı salınaraq şoranlaşmanın qarşısı alınmışdır. Ötən ay muxtar respublikada 69 subartezian quyusu təmir olunmuş, 5 kəhrizdə bərpa işləri davam etdirilmişdir.
Şərur rayonunun Zeyvə və Düdəngə kəndlərində içməli su şəbəkəsinin tikintisi davam etdirilmiş, müxtəlif diametrli borularla 9525 metr yeni xətt çəkilmişdir.

Naxçıvan Muxtar Respublikası
Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR