23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidməti 2019-cu ilin birinci rübündə muxtar respublika əhalisinə göstərilən avtonəqliyyat xidməti səviyyəsinin yüksəldilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirmişdir. Hesabat dövründə avtovağzalların fəaliyyəti diqqətdə saxlanılmış, sərnişinlərə xidmətin səviyyəsinin yüksəldilməsi üçün tədbirlər görülmüş, sürücülərin ayda iki dəfə qrup şəklində muzeylərə ekskursiyaları və seminar-müşavirələr təşkil olunmuşdur.
Ötən dövrdə Naxçıvan-İqdır-Naxçıvan marşrutunda gündəlik sərnişindaşıma xidməti həyata keçirilmişdir. Sərnişinlərin rahatlığını təmin etmək üçün Naxçıvan-Bakı marşrutunda işləyən avtobuslardan birinin hər gün Şərur və Culfa avtovağzallarından yola salınması, Şahbuz və Ordubad avtovağzallarında isə bu avtobusa bilet satışı işi davam etdirilmişdir. 2019-cu ilin ilk üç ayında Naxçıvan-Bakı-Naxçıvan marşrutu ilə Naxçıvandan Bakıya 4 min 525, Bakıdan Naxçıvana isə 4 min 806 sərnişin daşınmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına uyğun olaraq sərnişinlərin vaxt itkisinin azaldılması məqsədilə Naxçıvan-Bakı-Naxçıvan marşrutunun axşam reysləri də təşkil edilmişdir. Türkiyə Respublikası ilə Naxçıvan Muxtar Respublikası arasında turların təşkil olunması üçün Türkiyənin “Babək Turizm” və “Ata-Tur Turizm” firmaları ilə danışıqlar aparılmış, sərnişin­daşıma fəaliyyəti göstərilməsi üçün müqavilələr bağlanılmışdır.

Naxçıvan Dövlət Texniki Kollecinin Yol hərəkətinin təşkili ixtisasında təhsil alan IV kurs tələbələrinin xüsusi qrafik üzrə xidmətdə və tabe təşkilatlarda istehsalat təcrübələrinin keçirilməsi işi təşkil olunmuşdur. Həmçinin muxtar respublika üzrə avtomobil nəqliyyatı ilə sərnişin daşınması fəaliyyətinə lisenziyaların verilməsi işi davam etdirilmiş, hesabat dövründə muxtar respublika üzrə avtomobil nəqliyyatı ilə sərnişindaşıma fəaliyyəti göstərmək üçün 734 sahibkar lisenziyaya cəlb edilmiş, 761 avtonəqliyyat vasitəsinə lisenziya kartı verilmişdir.
Xidmətin Reyd komissiyası Nəqliyyat müfəttişliyi və təhlükəsizlik şöbəsi ilə birlikdə reydlər keçirmiş, şəhərdaxili və rayonlararası marşrutlarda hərəkət qrafikinə nəzarəti artırmış, qanunsuz sahibkarlıqla məşğul olan avtonəqliyyat vasitələri müəyyən edilərək tədbir ­görülməsi üçün onlar haqqında məlumat müvafiq təşkilatlara göndərilmişdir. Avtonəqliyyat vasitələri ilə təhlükəsiz sərnişin daşınmasına, marşrut qrafikinə, xətdə olarkən avtobusların sürət həddinə nəzarət olunması üçün Naxtel 4G monitorinqizləmə sistemindən daim istifadə olunmuşdur.
Muxtar respublikanın bütün yaşayış məntəqələri marşrutla təmin edilmiş, 496 taksi sərnişindaşıma xidməti göstərmişdir.

Naxçıvan Muxtar Respublikası
Dövlət Nəqliyyat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR