23 Dekabr 2024, Bazar ertəsi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarı ilə təsdiq olunan Vahid büdcə təsnifatının təfərrüatlı öyrənilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində növbəti təlim keçirilib. Sayca 7-ci olan bu təlimə Naxçıvan Şəhər İcra Hakimiyyətinin tabeliyində olan 4 sahə inzibati ərazi dairəsi üzrə, 4 inzibati ərazi dairəsi üzrə nümayəndəliklərdən və rayon icra hakimiyyətləri aparatından mühasiblər olmaqla, ümumilikdə, 15 nəfər maliyyə və mühasibatlıq sahəsində çalışan mütəxəssis cəlb edilib.
Təlimdə mərkəzin direktoru Sevinc Cabbarova təsnifatda olan əlavə və dəyişikliklərin əhəmiyyəti və məqsədi barədə ümumi məlumat verib.
Nazirlik Aparatının Gəlirlərin proqnozu şöbəsinin əməkdaşı Aqil Nəsirovun büdcə gəlirlərinin təsnifatı üzrə vergi və rüsumlar, eləcə də büdcə təşkilatlarının ödənişli xidmətlərdən daxilolmalarının təsnifləşdirilməsi barədə çıxışı dinlənilib, iştirakçılara gəlir maddələrinə müvafiq əlavələr edilməsi barədə ətraflı məlumat verilib.

Büdcə xərclərinin funksional təsnifatında edilən dəyişikliklər barədə aparatın Büdcə şöbəsinin əməkdaşı Orxan Abbasov çıxış edib.
Sonda dinləyiciləri maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.

Naxçıvan Muxtar Respublikası Maliyyə
Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR