23 Dekabr 2024, Bazar ertəsi

Kənd təsərrüfatının əsas sahələrindən biri olan əkinçiliyin strukturuna nəzər saldıqda strateji əhəmiyyətinə görə dənli taxıl bitkilərindən sonra ikinci yeri kartof tutur. Kartof ən qiymətli kənd təsərrüfatı bitkilərindən biridir. Təsadüfi deyil ki, onu el arasında “ikinci çörək” də adlandırırlar. Bu məhsuldan ilboyu istifadə olunduğu üçün ona ərzaq kimi həmişə tələbat vardır. Muxtar respublikanın torpaq-iqlim şəraiti kartofçuluğu inkişaf etdirməklə əhalinin ilboyu yerli kartof məhsulu ilə təmin olunmasına imkan verir. Bu həm də daha çox istifadə olunan ərzaq məhsullarının muxtar respublikaya idxalının qarşısının alınmasına imkan yaradıb.

Muxtar respublikamızın ən böyük aqrar rayonu hesab edilən Şərurda bu sahədə hər il uğurlu göstəricilərə nail olunur. Kənd əməkçiləri göstərilən dövlət qayğısı, həmçinin ilbəil qazandıqları təcrübələr nəticəsində əldə olunan məhsulun intensiv artımına nail olurlar. Təkcə ötən il 1076 hektar əkin sahəsindən 16 min 357 ton kartof istehsal edilib. Qazanılan uğurlardan ruhlanan rayonun torpaq mülkiyyətçiləri artıq növbəti ilin məhsulu üçün kartof əkininə başlayıblar. Bu mövsümdə də kartof əkinini aqrotexniki tələblərə uyğun və optimal müddətdə başa çatdırmağa çalışırlar.
Onu da qeyd edək ki, kartof əkiləcək sahələrdə hələ ötən ilin payızında lazımi dərinlikdə şum qaldırılıb, şumdan əvvəl sahələr üzvi gübrələrlə zənginləşdirilib. Bu günədək artıq 85 hektardan çox sahədə kartof əkini aparılıb.

Torpaq mülkiyyətçiləri digər əkin sahələrində də işə başlayıblar. 11,6 hektardan çox sahədə soğan, 20 hektara yaxın sahədə sarımsaq, 0,2 hektardan çox sahədə noxud əkən şərurlular heyvandarlığın yem bazasını zənginləşdirmək üçün 257 hektardan çox sahədə yonca əkiblər.
Əkin kampaniyasını optimal müddətdə başa çatdırmaq üçün əvvəlcədən həyata keçirilən tədbirlər belə deməyə əsas verir ki, bu il də şərurlu zəhmət adamlarının əməyi sayəsində bol və keyfiyyətli məhsul yetişdiriləcəkdir. Əkində yüksək məhsuldar toxum sortlarından istifadə olunur, əkinçilərə hərtərəfli köməklik göstərilir.

Naxçıvan Muxtar Respublikası
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR