23 Dekabr 2024, Bazar ertəsi

Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Sosial sığorta haqqında” və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının qanunlarında edilmiş bir sıra əlavə və dəyişikliklərin büdcə təşkilatlarında tətbiqinin təmini və məsələ ilə bağlı ətraflı izahın verilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində təlimlərə start verilib.
Təlim başlanmazdan əvvəl Maliyyə Tədris Mərkəzinin direktoru, iqtisad üzrə fəlsəfə doktoru Sevinc Cabbarova çıxış edərək iştirakçılara təlimlə bağlı ümumi məlumat verib, əlavə və dəyişikliklərin əhəmiyyəti və məqsədi barədə danışıb. Daha sonra təlimə start verilib.
Təlim müddətində vergi sahəsində edilən dəyişiklik­lərlə bağlı Naxçıvan Muxtar Respublikası Vergilər ­Nazirliyinin Vergi ödəyicilərinə xidmət şöbəsinin rəisi Zahid Qənbərovun elektron materiallarla zənginləşdirilmiş geniş çıxışı olub və mövzu ilə əlaqədar dinləyiciləri maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.
Sosial sığorta və İşsizlikdən sığorta sahəsində edilmiş dəyişikliklər barədə Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondunun Gəlirlər şöbəsinin müdiri Əli Həsənov çıxış edərək məsələnin mahiyyəti haqqında iştirakçılara ətraflı məlumat verib.
Təlimin sonunda iştirakçılara Maliyyə və Vergilər nazirliklərinin, Dövlət Sosial Müdafiə Fondunun birgə təşəbbüsü ilə hazırlanmış əlavə və dəyişiklikləri özündə əks etdirən məlumat kitabçaları paylanılıb.
Qeyd edək ki, təlimlər 7-11 yanvar tarixlərində 5 gün ərzində gündə iki dəfə təşkil olunur. Tədris planına əsasən təlimlər bütün nazirlik, komitə və təşkilatlarla birlikdə, ümumilikdə, 187 büdcə təşkilatından 252 maliyyə və mühasibatlıq işçisini əhatə edəcək.

Naxçıvan Muxtar Respublikası
Maliyyə Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR