Muxtar respublikada dəmir yolunun inkişafı diqqətdə saxlanılır. Noyabr ayında muxtar respublika ərazisindəki ayrı-ayrı tikinti təşkilatlarının ünvanına 8 min 520 ton müxtəlif təyinatlı yük, Ordubad-Şərur və Şərur-Culfa istiqamətlərində hərəkət edən yük-sərnişin qatarları vasitəsilə 14 min 991 sərnişin daşınmışdır.
Ötən dövrdə lokomotivlər texniki baxışdan keçirilmiş, vaqonlarda cari təmir işləri aparılmış, baş və stansiya yollarına baxış keçirilmiş, yağış və leysan sularının maneəsiz ötürülməsi üçün bütün kanallarda, körpü yataqlarında, küvetlərdə və beton borularda təmir işləri aparılmışdır.
Muxtar respublikada dəmir yolu infrastrukturunun texniki bazasının gücləndirilməsi istiqamətində həyata keçirilən ardıcıl tədbirlər davam etdirilmiş, tikinti işləri aparılmış, Aza Təhlükəsizlik Komandasının inzibati binasında və yardımçı tikililərində aparılan əsaslı təmir işləri başa çatdırılaraq istifadəyə verilmişdir. Qış mövsümündə yarana biləcək problemlərin qarşısının alınması məqsədilə yerlərdə quraşdırılmış bütün qazanxana və qızdırıcıların istilik, elektrik, qaz və su sistemləri yoxlanılaraq peşə kurslarını bitirmiş ocaqçılarla komplektləşdirilmişdir. Xidməti ərazidəki bina, tikili və qurğular, eləcə də istismarda olan lokomotiv və sərnişin vaqonları mütəmadi yoxlanılmış, yanğına qarşı texniki müayinə aparılmış, nöqsanlar aradan qaldırılmışdır.
“Naxçıvan Dəmir Yolları”
Məhdud Məsuliyyətli Cəmiyyəti