Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi noyabr ayında fəaliyyətini illik iş planına uyğun qurmuş, dövlət proqramlarının icrası diqqətdə saxlanılmışdır. Ötən dövrdə 2019-cu ilin məhsulu üçün payızlıq taxıl əkinlərinin optimal müddətdə başa çatdırılması, meyvə və üzüm bağlarında məhsul yığımından sonra aqrotexniki tədbirlərin vaxtında aparılması, bazar və yarmarkalarda kənd təsərrüfatı məhsullarının satışının həyata keçirilməsi ilə əlaqədar olaraq torpaq mülkiyyətçilərinin maarifləndirilməsi məqsədilə bir sıra tədbirlər görülmüşdür.
Meyvə bağlarında, üzümlüklərdə, tərəvəz əkini sahələrində, o cümlədən istixana və parnik təsərrüfatlarında becərmə tədbirlərinin aparılmasına dair hüquqi və fiziki şəxslərə tövsiyələr verilmiş, torpaq mülkiyyətçiləri ilə maarifləndirici görüşlər keçirilmişdir.
“2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”nın icrası ilə əlaqədar tədbirlər görülmüş, iri arıçılıq təsərrüfatları sahibkarlarının iştirakı ilə müşavirələr keçirilmiş, heyvandarlıq təsərrüfatlarında qışlamaya hazırlıq və heyvanlara zoobaytar qaydalara uyğun qulluq edilməsi ilə bağlı görüşlər təşkil olunmuşdur.
Payız taxıl əkinində istifadə olunan texnikaların sazlığı daim nəzarətdə saxlanılmışdır.
Naxçıvan Muxtar Respublikası
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti