Muxtar respublikada 2018-ci ilin yanvar-noyabr aylarında 2 milyard 421 milyon 714 min 800 manatlıq ümumi daxili məhsul istehsal olunmuşdur ki, bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,2 faiz çoxdur.
Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,9 faiz artaraq 5330 manata çatmışdır.
* * *
Muxtar respublikada yaranan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Sənaye üzrə 899 milyon 617 min manat dəyərində məhsul istehsal edilmişdir. Bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,1 faiz çoxdur.
* * *
Vəsait qoyuluşları çərçivəsində 2018-ci ilin yanvar-noyabr aylarında muxtar respublikada bütün maliyyə mənbələrindən əsas kapitala 927 milyon 993 min manat vəsait yönəldilmişdir ki, bu da bir il öncəki göstəricidən 1,3 faiz çoxdur. Əsas kapitala yönəldilmiş vəsaitin 861 milyon 631 min manatı və ya 92,8 faizi tikinti-quraşdırma işlərinin payına düşmüşdür.
* * *
Bəhs olunan dövrdə 411 milyon 443 min 800 manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunmuşdur. Bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 4,2 faiz çoxdur. Bu dövr ərzində diri çəkidə ət istehsalı 23241 tonu, süd istehsalı isə 80608 tonu ötmüşdür. 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 4,5 faiz, süd istehsalı isə 1,4 faiz artmışdır.
* * *
2018-ci ilin yanvar-noyabr aylarında informasiya və rabitə xidmətlərinin dəyəri 48 milyon 420 min manat olmuşdur ki, bu da 2017-ci ilin müvafiq dövründəki xidmətlərin dəyəri ilə müqayisədə 2,9 faiz çoxdur. Bu dövr ərzində mobil rabitə xidmətinin dəyəri 39 milyon 837 min 300 manat təşkil etmiş və bir il öncəyə nisbətdə 1,8 faiz artmışdır.
* * *
Təsərrüfat subyektlərinin kredit resurslarına çıxış imkanları davamlı olaraq yaxşılaşdırılmış, 2018-ci ilin yanvar-noyabr aylarında muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 47 milyon 784 min 300 manat məbləğində kreditlər verilmişdir. Bu da bir il öncəki göstəricidən 1,7 dəfə çoxdur. Verilmiş kreditlərin 5 milyon 251 min 800 manatı və yaxud 11 faizi qısamüddətli, 42 milyon 532 min 500 manatı və yaxud 89 faizi uzunmüddətli kreditlər olmuşdur.
* * *
Sahibkarlıq fəaliyyətinin davamlı olaraq dəstəklənməsi, yeni istehsal müəssisələrinin yaradılması nəticəsində muxtar respublikada 383 növdə məhsul istehsal olunur ki, bunun da 126 növü ərzaq, 257 növü isə qeyri-ərzaq məhsullarıdır. Hazırda əhalinin 108-i ərzaq, 242-si qeyri-ərzaq olmaqla, 350 növdə məhsula olan tələbatı tamamilə yerli imkanlar hesabına ödənilir.
* * *
Muxtar respublikada bank sektorunun normal fəaliyyəti təmin edilmişdir.
1 dekabr 2018-ci il tarixə muxtar respublikanın banklarında açılmış bank hesablarının sayı 79943-ə çatmışdır. Bunun da 70542-si və ya 88,2 faizi aktiv hesablardır. 2018-ci ilin yanvar-noyabr aylarında açılmış 17747 bank hesabının 17611-i aktiv hesablar olmuşdur.
Muxtar respublikada quraşdırılmış POS-terminalların sayı 1 dekabr 2018-ci il tarixə 1272-yə çatmışdır.
* * *
Muxtar respublikada iqtisadiyyatın dinamik inkişafı xarici ticarət əlaqələrinin genişlənməsinə müsbət şərait yaratmış, 2018-ci ilin yanvar-noyabr aylarında 435 milyon 597 min 600 ABŞ dolları dəyərində xarici ticarət dövriyyəsi qeydə alınmışdır. İxracın dəyəri 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə artaraq 383 milyon 314 min 400 ABŞ dolları təşkil etmiş, 331 milyon 31 min 200 ABŞ dolları dəyərində müsbət saldo yaranmışdır.
* * *
2018-ci ilin yanvar-oktyabr aylarında muxtar respublika iqtisadiyyatında bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 430 manata çatmışdır ki, bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,2 faiz çoxdur.
* * *
1 noyabr 2018-ci il tarixə muxtar respublika əhalisinin sayı bir il öncəyə nisbətdə 3,3 min nəfər artaraq 455 min 592 nəfər olmuşdur.
Naxçıvan Muxtar Respublikası
Dövlət Statistika Komitəsinin mətbuat xidməti