2018-ci ilin noyabr ayında Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyi tərəfindən operativ vergi nəzarətinin əhatə funksiyalarına daxil olan məsələlər üzrə 4 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkar edilib və müvafiq tədbirlər görülüb. Həyata keçirilən operativ vergi nəzarəti tədbirləri zamanı bir vergiödəyicisi tərəfindən əhali ilə nağd hesablaşmaların aparılması qaydalarının pozulması, bir vergiödəyicisi tərəfindən xarici valyuta məbləğinin ödəniş vasitəsi kimi qəbul edilməsi və valyuta sərvətlərinin ticarət, iaşə və xidmət müəssisələrində qanunvericiliklə müəyyən edilmiş qaydalar pozulmaqla alınıb-satılması və ya dəyişdirilməsi faktları, 2 şəxsin isə vergi orqanlarında uçota durmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olduqları aşkarlanıb və həmin şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb.
Qeyd olunan dövrdə Vergilər Nazirliyi tərəfindən müvafiq icra hakimiyyəti orqanları ilə birgə tədbirlər planına əsasən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsinin Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi bağlamaqla rəsmiləşdirilməsi, əməkhaqlarının real göstərilməsi ilə bağlı tikinti, ticarət, iaşə və digər xidmət obyektlərində araşdırmaların aparılması mütəmadi olaraq davam etdirilib. Belə ki, 12 işəgötürəndə aparılmış araşdırmalar zamanı 13 yeni əmək müqaviləsinin bağlanması, 8 əmək müqaviləsində isə əməkhaqlarının real əməkhaqları səviyyəsində göstərilməsinə nail olunub.
Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin mətbuat xidməti