23 Dekabr 2024, Bazar ertəsi

10-11 dekabr tarixlərində Türkiyə Respublikasının kənd təsərrüfatı naziri Bekir Pakdemir Azərbaycan Respublikasına rəsmi səfər edib.
Səfər çərçivəsində Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun təşkilatçılığı ilə dekabrın 11-də kənd təsərrüfatı və qida sənayesi sahəsində Azərbaycan-Türkiyə biznes-forumu keçirilib. Biznes-forumda Azərbaycanın dövlət qurumlarının rəhbərləri, iş adamları, Türkiyədən gəlmiş 65 nəfərlik nümayəndə heyətinin üzvləri iştirak ediblər. Forumda muxtar respublikadan nazirliyin İnvestisiyaların təşviqi və ixraca dəstək şöbəsinin əməkdaşı və sahibkarlıq subyektlərindən “Cahan Holdinq” Kommersiya Şirkətlər İttifaqının, “Ləzzət Qida Sənaye”, “Dekor Qrup”, “Az-Elektrod”, “Ordubad Qənnadı Məmulatları”, “Badamlı Mineral Sular” və “Çınqıllı-Bulaq” Məhdud Məsuliyyətli cəmiyyətlərinin nümayəndələri də təmsil olunub.
Biznes-forumda Naxçıvan Muxtar Respublikasından Türkiyə Respublikasına kənd təsərrüfatı məhsullarının ixracı istiqamətində fikir ­mübadiləsi aparılıb.

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR