Noyabr ayında muxtar respublikada yeni torpaq sahələrinin əkin dövriyyəsinə daxil edilməsi və əkin sahələrinin suvarma suyu ilə təminatı diqqət mərkəzində saxlanılmışdır.
Bu dövrdə su istifadəçilərinə 19 milyon kubmetrdən artıq suvarma suyu verilmiş, 15 min 979 hektar torpaq sahəsi suvarılmışdır. Torpaqlarda şoranlaşmanın qarşısını almaq üçün 13 kilometr beton və torpaq kanal, 24 kilometr ara arxlar lildən təmizlənmiş, 4 kilometr suvarma boru xətti çəkilmişdir.
Kəngərli rayonunun Böyükdüz kəndinin 616 hektar əkin sahəsini əhatə edən qapalı suvarma şəbəkəsi istifadəyə verilmişdir. Həmçinin ötən ay 53 subartezian quyusunda təmir işləri aparılmış, 5 kəhrizdə bərpa işləri davam etdirilmişdir.
“Rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi çərçivəsində Ordubad və Şahbuz rayonlarında işlər davam etdirilmişdir.
Naxçıvan Muxtar Respublikası
Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin mətbuat xidməti