23 Dekabr 2024, Bazar ertəsi

Muxtar respublika iqtisadiyyatının davamlı inkişafının təmin edilməsi, yerli məhsulların ixracının dəstəklənməsi, idxaldan asılılığın azaldılması, həmçinin yerli resurs və xammalla işləyən, ixrac qabiliyyətli məhsullar istehsal edən müəssisələrin yaradılması istiqamətində tədbirlər noyabr ayında da davam etdirilmişdir. Bu dövrdə sənaye və kənd təsərrüfatı yönümlü 12 istehsal sahəsi yaradılmaqla, ümumilikdə, 43 müəssisə fəaliyyətə başlamışdır.
İstehlakçıların hüquqlarının qorunması dахili bаzаra nəzarət və keyfiyyətin yüksəldilməsi üçün 105 halda topdan və pərakəndə ticarət, istehsal müəssisəsi və xidmət obyektində nəzarət tədbirləri həyata keçirilmiş, 11609 manat dəyərində istehlak müddəti bitmiş məhsullar aşkar olunaraq ticarət dövriyyəsindən çıxarılmış, 644 yerli və idxal ərzaq məhsullarından nümunələr götürülərək Mərkəzi Qida Sınaq Laboratoriyasında təhlil edilmiş, 8 mənşə sertifikatı verilmişdir. “Qаynаr хətt” vаsitəsilə 760 sаhibkаrlıq subyеkti ilə mааrifləndirmə istiqаmətində iş аpаrılmış, sahibkarlıq fəaliyyətinə maneələr törədilməsi ilə bağlı sahibkarlıq subyektlərindən daxil olan şikayətlərə mütəmadi olaraq baxılmış və müvafiq köməklik göstərilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamının icrası istiqamətində hamiliyə verilən ixtisaslarda təhsil alan tələbələrə nazirliyin fəaliyyəti istiqamətlərini əks etdirən 4 mövzu üzrə mühazirələr oxunmuş, bir sıra müəssisələrin istehsal prosesi ilə yaxından tanış olmaları təmin edilmişdir.
Naxçıvan Biznes Mərkəzi tərəfindən muxtar respublikada xalq yaradıcılığı sahələrinin inkişafı, sənətkarların fəaliyyətinin stimullaşdırılması və iş şəraitinin yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilmiş, 22 adda 910 manat dəyərində əl işi və sənət əsərləri qəbul edilmiş, 38 adda 474 manat dəyərində əl işi satılmışdır.


Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR