23 Dekabr 2024, Bazar ertəsi

Bu gün muxtar respublikamızda daxili bazara öz töhfələrini verən ailə təsərrüfatlarında istehsal olunmuş məhsulların satışı üçün əlverişli şəraitin yaradılması ilə bağlı görülən tədbirlər həmin təsərrüfatların üzvləri və muxtar respublika sakinləri tərəfindən yüksək dəyərləndirilir. Belə tədbirlərdən biri də “Ailə təsərrüfatı məhsulları” festivallarının keçirilməsidir. Naxçıvan şəhərində iki dəfə təşkil edilən bu festivallara muxtar respublikamızın bütün bölgələrindən məhsullar çıxarılıb.
Noyabrın 10-da “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçirilən növbəti “Ailə ­təsərrüfatı məhsulları” festivalında Ali Məclisin Sədri digər mühüm tapşırıqlarla yanaşı, muxtar respublikanın bütün rayonlarında da ailə təsərrüfatı məhsulları festivallarının ­keçirilməsi və nümunəvi ailə təsərrüfatlarının iş təcrübəsinin yayılması barədə də tapşırıqlar verib.
Bu tapşırıqların icrası ilə əlaqədar ilk festival Culfa şəhərində keçirilib. Tədbirdə daxili bazarın yerli, keyfiyyətli ərzaq məhsulları ilə təmin olunmasında ailə təsərrüfatlarının rolu qeyd edilib.
Festivalda rayonun kəndlərindən 30-a yaxın ailə təsərrüfatı tərəfindən 128 adda 1320 qablaşdırılmış kənd təsərrüfatı məhsulları nümayiş olunub. Mövsümə uyğun olaraq müxtəlif növ mürəbbə və şirniyyatlar, meyvə araqları, pendir, cəviz, eləcə də turşular, təbii meyvə şirələri, yumurta, dərman bitkiləri və digər məhsullar iştirakçılara təqdim olunub.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR