23 Dekabr 2024, Bazar ertəsi

Son illər muxtar respublikada baytarlıq xidmətinin nümunəvi təşkili üçün ardıcıl tədbirlər həyata keçirilib, xidmətin maddi-texniki bazası gücləndirilib.
Kənd təsərrüfatının inkişafında və ərzaq təhlükəsizliyinin təmin olunmasında bu sahənin oynadığı mühüm rol nəzərə alınaraq Dövlət Baytarlıq Xidmətinin tabeliyindəki qurumların da iş şəraiti yaxşılaşdırılır, süni mayalandırma tədbirlərinin aparılması üçün lazımi avadanlıqlar verilir. Babək Rayon Baytarlıq İdarəsi üçün yeni inzibati binanın inşa olunması da həyata keçirilən tədbirlərin tərkib hissəsidir.
Cari ilin noyabr ayından etibarən tikintisinə başlanılan inzibati bina zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarət olacaq. Hazırda burada təməlatma işləri aparılır. Qeyd edək ki, müasir layihə əsasında inşa olunan binanın birinci mərtəbəsində dərman və boyaq maddələrinin saxlanılması və qəbul otaqları, eləcə də arxiv yerləşəcək. İkinci mərtəbədə isə virusoloq-həkim, terapevt-həkim, epizootik-həkim, süni mayalanma otağı, laborant-sanitar otağı və laboratoriyalar yerləşəcək.
Məlumat üçün deyək ki, bu il yaradılmasının 40 illiyini qeyd edən Babək rayonunda 13 dövlət orqanı­nın yerləşdiyi dördmərtəbəli inzibati bina yenidən qurulub, rayon Elektrik Şəbəkəsi üçün yeni bina inşa olunub.

Muxtar RZAZADƏ

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR