23 Dekabr 2024, Bazar ertəsi

Son illər Ordubad şəhərində bir-­birindən yaraşıqlı binalar inşa olunub. Bu işlər cari ildə də intensiv şəkildə davam etdirilib.
Ordubad şəhərinin “İstanbul” küçəsində 24 mənzilli, 5 mərtəbəli yaşayış binasında “Cahan İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən əsaslı təmir işləri, demək olar ki, başa çatdırılıb, ətraf abadlaşdırılıb. Səməd Vurğun küçəsində isə Ordubad Şəhər İnzibati Ərazi Dairəsinin yerləşdiyi ikimərtəbəli binada əsaslı təmir-bərpa işləri başa çatdırılıb. Bu ünvanda binanın çardağı yenidən qurulub, qapı və pəncərələr, binadaxili rabitə və elektrik xətləri, kanalizasiya qurğuları yenilənib. Bundan başqa, binanın fasadına mərmər üzlük çəkilib, binadaxili divarlar və döşəmə yenilənib. Yaxınlıqdakı məişət xidməti binasının fasadı da suvanaraq boyanıb, ətrafı abadlaşdırılıb.

Ordubad şəhərinin Heydər Əliyev prospektində diqqətçəkən yeniliklərdən biri də rayon İcra Hakimiyyətinin inzibati binasının yenidən qurulmasıdır. Bir neçə ay ərzində Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə “Gəmiqaya Holdinq”in inşaatçıları binanın çardağını yenidən qurub, sıradan çıxmış fasad divarlarına yeni üzlük çəkib, üzərinə mərmər daşlar düzüblər. Binanın daxili də, demək olar ki, yenidən qurulub, bütün otaqlar və foyelər əsaslı surətdə təmir edilir. Bundan başqa, ətraf abadlaşdırılaraq səkilərə kilid daşı düzülür. Hazırda binanın daxilində və ətrafında son tamamlama işləri yerinə yetirilir. 

Əsaslı surətdə təmir-bərpa edilən bu bina ilə üzbəüz yerləşən ərazidə isə hündürmərtəbəli yaşayış binasının inşası üçün hazırlıq işləri görülür.

Abbas Seyid

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR